Unibankdan ölkədə bir ilk- multivalyutalı bank kartı

Unibankdan ölkədə bir ilk- multivalyutalı bank kartıUnibank 3 illik strategiyasına uyğun olaraq çox ciddi dəyişikliklərə imza atmaqla, bütün addımları Bankın yeni mərhələsi olan transformasiya vizyonuna – Unibank 3.0-a uyğunlaşdırmaqda davam edir.
azxeber.com xəbər verir ki, "Unibank- Sənin Bankın" istiqamətində görülən işlərin növbəti mərhələsi kimi "UCard – Sənin kartın" konsepti yaranır. Bütün bu işlər isə müştəriyönümlülüyü daha da gücləndirməyə xidmət edir. Xarici marketinq məsləhətçilərinin iştirakı ilə yaradılan yeni kart məhsulu -UCard, müştərilərin ehtiyacları və gələcək gözləntilərinə hesablanıb. Yeni məhsulun yaranması prosesində ATM-lərin təkmilləşdirilərək müştəriyönümlü olmasına xüsusi diqqət yetirilib. Nəticə etibarı ilə isə yalnız UCard deyil, ümumilikdə bu qədər çoximkanlı kart ekosistemi müştərilərin istifadəsinə verilib. 
"Unibank"in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard artıq müştərilərin istifadəsinə hazırdır. UCard 4 fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən tək kartdır. Hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan yeni məhsul, Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradacaq. Eyni anda kartdan həm debet, həm kredit xətti kimi istifadə edə biləcək. UCard-ın görünüşü də imkanlarına uyğundur: tam qızılı rəngdə- diqqətçəkən və gözoxşayan  

UCard özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:
- Pulsuzdur- hər kəs ala bilər;
- Kartın müddəti -5 illik;
- 40 günədək faizsiz kredit xətti;
-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 20 000 AZN-dək nağd kredit imkanı;
- Kart qalığına illik 5%-dək gəlir;
- 30%-dək keşbek;
- Taksit imkanı;
-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də)
ATM-lərdə UCard istifadə etməklə hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür. Kartın və ATM proqramlarının təkmilləşdirilməsi daimi proses kimi davam etdiyindən, yaxın vaxtlarda digər yeniliklər də olacaq. Gələcəkdə birbaşa ATM-lərdə müxtəlif əməliyyatlar etmək imkanı (pul köçürməsi, istənilən (karta bağlı olmayan) cari hesabdan nağdlaşdırma) da yaradılacaq. 
"Unibank"ın sizə yaxın filialına yaxınlaşaraq, yerindəcə dərhal və pulsuz UCard əldə edə bilərsiniz. 
UCard – Sənin kartın!

İqtisadiyyat       Tarix: 15 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu sonxeber.az cəbhədən son dəqiqə son xəbərlər bugün 2026