Unibankdan sahibkarlar üçün yeni kredit xidməti

Unibankdan sahibkarlar üçün yeni kredit xidmətiHər yeni məhsul və prosesdə biznes sahibinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmağı hədəfləyən Unibank, bu dəfə mikro və kiçik sahibkarlar üçün yenilik edib.
Bank bazarında hələ ki bir ilk olan bu xidmət, həm sahibkarların zamanına xeyli qənaətə, həm də biznes sahəsindən ayrılmadan, çox rahatlıqla kredit əldə etməyə imkan yaradır.
Bank əməkdaşı birbaşa sahibkarın ünvanına gedir, biznes məlumatlarını yerindəcə planşet vasitəsilə sistemə daxil edir, sistem avtomatlaşdırılmış şəkildə dərhal kredit qərarını verir. Yəni sahibkar elə həmin an kredit qərarından xəbərdar olur.
"Unibank" KB-nın Mikromaliyyələşdirmə biznesi üzrə baş inzibatçısı Rauf Ağayev, bu xidmətin biznesin işini daha da asanlaşdıracağını bildirib:
"Mikro və kiçik sahibkarlar biznesləri ilə bağlı bütün addımlarda birbaşa özləri iştirak etdiklərindən hər dəqiqə onlar üçün dəyərlidir. Sahibkarlar zamanlarını filialala gəlməklə, növbələrdə vaxt itirməyə sərf etməsinlər deyə, onlar üçün bu yeni xidməti hazırladıq. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə oturur, sistem məlumatları təhlil edərək dərhal sahibkara ayrılan kredit məbləğini müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır. Kredit vəsaiti sahibkara kartla verildiyindən, növbəti dəfə kredit müraciəti zamanı da biznes sahibinin banka gəlməsinə ehtiyac qalmır. Sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır".  
"Unibank"ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi  bankın "Sumqayıt", "Xırdalan", "Əcəmi", "İnşaatçılar", "Əhmədli", "Bakıxanov", "Mərdəkan", "Nərimanov", "Neftçilər", "Quba", "Xaçmaz", "Şəki", "İsmayıllı", "Bərdə", "Şəmkir", "Gəncə", "Kəpəz", "Tovuz", "Mingəçevir", "Salyan" və "Lənkəran" filiallarına müraciət edə bilərlər.  
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  )əldə etmək olar.
Unibank - Sənin Bankın!

İqtisadiyyat       Tarix: 23 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeber.az 2026 hava proqnozu son xeber az