Unibankın şəhid ailələri ilə bağlı layihəsi ən yaxşı KSM layihələrindən biri seçildi
Unibank "Milli KSM mükafatı - 2020" müsabiqəsinin qalibi seçilib. Ölkəmizdə artıq üçüncü dəfədir təşkil edilən müsabiqədə Unibank hər zaman qaliblər sırasında olub. Budəfəki Milli KSM mükafatı Zəfər ili kimi tariximizə yazılan 2020-ci ildə Bank tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən müxtəlif layihələrə görə verilib. "Unibank"ın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihə müsabiqə komissiyasının qərarı ilə 2020-ci ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri "Məqsədlər üçün tərəfdaşlıq" istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
Müsabiqə komissiyasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyi daxildir.
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.
Unibank-Sənin Bankın!
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar