Universitet və kolleclərə qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başladı

Universitet və kolleclərə qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başladı2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən azxeber.com-a verilən məlumata görə, abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 - 27 mayda bu link () vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.
Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.
Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər 18-27 may tarixlərində  linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) üzrə birinci imtahandan "məqbul" qiymət aldıqları təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin mayın 23-dək elan olunması nəzərdə tutulur. İmtahan nəticəsi "qeyri məqbul" olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun 2022-ci il tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanına yazıla bilərlər. Həmin imtahandan "məqbul" qiymət alanlar DİM tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul qiymət almış abituriyentlər üçün açılacaq.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyat­dan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci, 11 illik üzrə 4501,4502, 4504, 4505,4506,4507,4701,4702, 4704,4705,4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan "Musiqi məktəbi-məzun" və ya "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. "Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında" Azərbaycan Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Müsabiqədə iştirak ödənişlidir. Lakin "Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.

Sosial       Tarix: 11 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az hava proqnozu kriminal xeberler son xabarlar