"Universitetin kulturologiya fakültəsi yaxşıdır, yoxsa peşə təhsili?" - AÇIQLAMA

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycanda 2022-2026-cı illərdə peşə təhsilinə qəbul olanların sayının artdığını açıqlayıb.
Belə ki, 2023-2024-cü tədris ilində 113 925 nəfər peşə təhsili üçün müraciət edənlərdən 20 563 nəfər peşə təhsili müəssisələrinə qəbul olub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, peşə təhsili əmək bazarında cari tələbləri qarşılamaqda mühüm rol oynayır:
"Azərbaycan təhsilindən son 10 ilin ən uğurlu layihələrindən biri peşə təhsili istiqamətində edilən yeniliklərdir. Bu gün bütün dünya təhsil sistemində peşə təhsilinə marağın artması tendesiya halını alıb. Buna səbəb isə peşə təhsilinin əmək bazarında cari tələbləri qarşılamasıdır. Peşə təhsili müəssisələrinə qəbul olanların sayının artması onun rentabelliyini, faydalılıq əmsalını göstərən əsas faktdır. Peşə təhsil müəssisələrində son on illərdə hazırlanan proqramlar beynəlxalq təhsil sistemində öz sözünü deyib. Təkcə İKT üzrə olan proqramların sayı 21-ə çatır. Modern peşə təhsili sovet dövründən fərqli olaraq daha çox texniki, İKT yönümlü sahələrə önəm verir. Məhz bu istiqamətdə hazırlanan proqramlar sayəsində ötən illə müqayisədə bu il 8% artım özünü göstərir".
Onun sözlərinə görə, peşə təhsilinə olan maraq hələ də yetəri qədər səviyyədə deyil:
"Hələ də peşə təhsilinə maraq yetəri qədər deyil. Peşə təhsili lazımı piar və maraqdan kənardadır. Bu ikiqat artmalıdır. Peşə təhsilinə mrağın artması cəmiyyətin əmək bazarında kölgədə qalan, lakin aparacı qüvvəyə çevirilən ixtisaslarının lazımi kadrlarla təminatı deməkdir. Nə vaxta qədər universitetin ən yararsız fakültəsini peşə təhsilinin ən yararlı fakültəsindən üstün tutacağıq? Universitetin kulturologiya fakültəsi var, bu ixtisası əmək bazarı nə dərəcədə tələb edir? Bizə əmək bazarına universitetin kulturologiya, mədəniyyətşünaslıq ixtisasını bitirən şəxslər lazımdır, yoxsa peşə təhsili? Əmək bazarı nəyi diqtə edirsə, biz o istiqamətə yönəlməliyik".
Nuri həmçinin qeyd edib ki, əmək bazarının tələblərinə görə, peşə təhsili universitet və kollecləri qabaqlaya bilir:
"Buna görə də, peşə təhsilinə maraq və dəstək artırılmalıdır. Bir çox layihə və proqramlar Azərbaycan peşə təhsil seqmentinə yönəldilməlidir. Uşaqların peşə təhsilinə cəlbi daha asan yolla həyata keçirilməlidir".
Aygün Mirakif
KONRET.az

Sosial       Tarix: 19 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Sədərək'də biznesmen bıçaqlandı

"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiye

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sekto

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər hava proqnozu dunyada son xeberler xeber.az son xeberler