Ürək sağlamlığını qorumağın yolları - HƏKİM MƏSLƏHƏTİ
Orta fiziki fəaliyyət və sağlam həyat tərzinin prinsiplərinə riayət etmək qocalıqda ürəyin sağlam olmasını təmin etməyə imkan verir".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı kardioloq Anastasiya Fomiçeva deyib.
"Əsas daha çox hərəkət etmək və oturaq vaxtı azaltmaqdır", – həkim bildirib.
Orta həcmdə məşq ürək sağlamlığına müsbət təsir göstərir. 50 yaşdan sonra sürətli gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi fiziki fəaliyyətlərə diqqət yetirmək daha yaxşıdır. Həkim yaşlı insanlara gündə ən azı yarım saat vaxtını aerobik məşqlərə ayırmağı, bir saat təmiz havada gəzintiyə çıxmağı məsləhət görüb.
"Ürək-damar sisteminin vəziyyəti də qidalanmadan asılıdır. Ən yaxşı seçim "Aralıq dənizi" pəhrizidir. Bu menyuya bitki mənşəli qidalar, yağlı balıqlar və zeytun yağı daxildir. Duz və sadə karbohidratların qəbulunu azaltmaq vacibdir", – Fomiçeva əlavə edib.
Ürək sağlamlığını qorumağın başqa bir prinsipi pis vərdişlərin və stresin olmamasıdır deyən həkim, həmçinin gündəlik rejimi qurmaq lazım olduğunu, keyfiyyətli yuxunun orqanizmin resurslarını bərpa etməyə imkan verdiyini xüsusi vurğulayıb.//Oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı