Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?

Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?Milli.Az Trend-in yazısını təqdim edir:
Bəşəriyyət Covid-19 adlı dəhşətli fəlakətlə üz-üzə qalıb. Geniş yayılmış koronavirus pandemiyanın təsiri bütün ölkələrin sosial-iqtisadi həyatında da dərin izlər buraxır. Çox təəssüf ki, bu fəlakət bizim ölkədən də yan keçməyib. Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətimizin atdığı addımlar hər birimizdən ayıq olmağı tələb edir. Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Məlumdur ki, bu infeksiya daha çox yaşlı və xəstə insanlara təsir edir. Ürək xəstəlikləri olan insanlar koronavirusdan necə qorunmalıdırlar? Bu və digər suallar ətrafında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayev öz məsləhətlərini sizinlə bölüşür:
-Koronavirus xəstəliyi virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan hava-damcı yolu ilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Gigiyenik və karantin qaydalarına ciddi riayət etməklə bu virusla mübarizə aparmaq mümkündür. Maskadan, üz sipərlərindən istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, ən azı 2 m. məsafənin saxlanılması üsulları ilə bütün dünyada koronavirusla mübarizə aparılır.
Yeni tip koronavirus əsasən aşağı tənəffüs yollarını yoluxdurur və ağır hallarda sətəlcəm və ağır tənəffüs çatışmazlığı yaradır. Qeyd edək ki, ürəyin zədəlnməsi ilə olan hallar da az deyil. Covid-19 xüsusi ACE-2 reseptorlara birləşib bədənə daxil olur. Bu reseptorlar ürək əzələlərin də yerləşir. Risk qrupuna əsasən yaşlılar, ürək catışmazlığından əziyyət çəkən, yüksək təzyiqi olan, ürəyin işemik xəstəliyi olan insanlar da daxildir. Covid-19 infeksiyasının ürək damar sisteminə təsiri-əsas miokardit - ürək əzələsinin iltihabi zədələnməsidir. Bu zaman aritmiyalar venoz trombozu kimi birbaşa və ya dolayısıyla ağırlaşmalar yarada bilir.
Ürək xəstələrirə məsləhət edirəm ki, təcili hal olmadan evi tərk etməsinlər, kütləvi yerlərdən uzaq dayanmağa çalışsınlar, gündəlik dərmanların qəbulunu davam etsinlər, lazım olarsa müalicə həkimi əlaqə yaratsınlar. Epidemioloji durum tam sabit olana qədər bütün sanitar-gigiyenik normalara ciddi əməl etsinlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 may 2020
f Paylaş

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun