Ürəyi qüvvətləndirir, yuxunu normallaşdırır - Küncüt yağının FAYDALARI

Ürəyi qüvvətləndirir, yuxunu normallaşdırır - Küncüt yağının FAYDALARIKüncüt daha çox Hindistanda bitir. Arxeoloqlar qədim məskənlərdə ilk küncüt yağının qalıqlarını tapıblar.
Bu gün küncütün mədəni sortları Asiya, Afrika və Amerikada yetişdirilir. Dünyada küncütü ən çox idxal edib, yeyən Yaponiya və Çindir. Yağı isə bütün Yaxın Şərqdə istifadə edilir.
Küncüt yağı bitkinin ağ və qara toxumlarından alınır. Qovrulmuş toxumlarından soyuq sıxılma üsulu ilə çıxarılır. Ən keyfiyyətlisi qara küncütdən alınan hesab olunur.
Bu yağda yarıdoymuş yağ turşuları və mikroelementlər var. Bu məhsulda sezamolin və sezamin adlı antioksidant da vardır ki, hüceyrələri sərbəst radikallardan qoruyur, E vitamininin təsirini artırır.
Şərqdə küncüt yağından yanıqlarda, bağırsaq imaləsində, bədənin təmizlənməsində, masaj və üzə qulluqda istifadə olunur.
Milli.Az medicina.az-a istinadən küncütün elmi araşdırmalara əsaslanan faydalarını təqdim edir. Küncüt yağının orqanizmə möcüzəvi təsirləri bunlardır:
İltihab əleyhinə və antioksidant təsir
Florida Universitetinin alimləri siçanlar üzərində küncüt yağının iltihab əleyhinə təsirini araşdırıblar. Onlar heyvanların qidasına küncüt yağı və onun suda ekstraktını əlavə ediblər. 2 aydan sonra siçanlar yüksək təzyiq, aterosklerozdan xilas olub, xolesterin azalıb, iltihab səviyyəsi düşüb.
Travmadan sonra ağrıları kəsir
İran alimləri aşağı ətrafların zədələnməsi ilə xəstəxanada yatan pasiyentlər arasında sorğu aparıblar. Bəzi xəstələr dərman müalicəsi ilə yanaşı, ayaqlarına və travma yerinə təmiz küncüt yağı çəkdiklərini deyib. 4 gün sonra onlarda ağrılar azalıb və travmalar digərlərinə nisbətən daha tez sağalıb.
Ürəyi qüvvətləndirir
İranın Karidovaskulyar Mərkəzində 48 pasiyentin qidasına 4 qaşıq küncüt yağı əlavə ediblər. Bir aydan sonra onlarda xolesterin yoxlanılıb. Küncüt yağı qəbul edən qrupda qanda xolesterin qat-qat aşağı çıxıb. Küncütdə olan yarımdoymuş yağ turşuları ürək qan damar xəstəliklərinin profilaktikası üçün zeytun yağından da üstündür.
Diabet xəstəliyində qanda qlükozanı salır
Hər iki təcrübədə qidaya küncüt yağı daxil edilib, nəticədə qanda şəkər düşüb. Diabet xəstələri gündə 4 qaşıq bu yağdan qəbul edib, eləcə də salatlarda, yeməklərdə istifadə edə bilər.
Artrit və artroz ağrısını azaldır
Dünyada 15% əhali oynaq iltihabı xəstəliklərindən əziyyət çəkir. Artroz və artrit ağrısının necə olmasını çəkənlər bilər. Siçanlar üzərində 28 günlük təcrübə göstərdi ki, küncüt yağı oynaq iltihabını və ağrıları azaldır, xəstənin vəziyyətini yaxşılaşdırır.
Yara və yanıqlarda effektivdir
Burda da təcrübə heyvanlar üzərində aparılıb. Amma çox xalqlarda qədimdən xalq təbabətində küncüt yağının yanıq aparmasında sınandığı məlumdur. Alimlər təcrübədə ozonla zənginləşdirilmiş küncüt yağını yara və yanıq sahəsinə tətbiq edərək, orda kollagenin sintezinin artdığını qeydə almış. Bu isə yaranın sağalması deməkdir. Amma bu yağ təzə yanığa dərhal çəkilməməlidir.
Stres, gərginliyi azaldır, yuxunu normallaşdırır
Qədim Ayurvedada bu məqsədlə küncüt yağı ilə baş və boyun masaj olunurdu. Bu metodu yapon alimləri öz elmi tədqiqatlarında araşdırıb. Əsəbi və yuxu pozğunluğu olan xəstələr üzərində 2 aylıq təcrübədə onların alnına küncüt yağı damızdırılmış, üz, baş və boyunları bu yağla masaj edilmişdir. 2 aydan sonra onlarda yuxu normallaşması, ümumiyyətlə əhvallarının yaxşılaşması müşahidə olunmuşdur.
Eləcə də küncüt yağı əzələləri rahatladır, saç, dırnaq, dərinin sağlamlığının qeydinə qalır, onları qidalandırır, cavanlaşdırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele hava durumu az xeber qarabag