Uşağın psixoloqa ehtiyacı olduğunu göstərən əlamətlər - ƏTRAFLI
Rusiyanın bir neçə psixoloq və psixoterapevti yeniyetmənin nə vaxt psixoloqa müraciət etməli olduğu barədə mülahizə yürüdüb.
KONKRET. az Rusiya mətbuatına istinadən xəbər verir ki, psixoterapevt Svetlana Popova uşaqları hansı hallarda mütəxəssisə yönəltməyin vacib olduğu barədə məsləhətlər verib.
Popova bildirib ki, intensiv baş və qarın ağrısından şikayətlər və ürək bulanması kimi somatik təzahürlər olduqda, yeniyetmənin psixoloqa göndərilməsi tövsiyə olunur. Aqressiya, apatiya, qıcıqlanma, əhval dəyişikliyi və özünəqapanma kimi emosional təzahürlər də həkimə müraciət ehtiyacını göstərən əlamətlər ola bilər.
Bundan əlavə, ailədə kiməsə qarşı emosional fiziki zorakılıq, boşanma, yaxınların itkisi və bu kimi gərgin hallar baş verdikdə uşağın psixoloji yardıma ehtiyacı yaranır.
"Əgər bir simptom yenicə özünü göstərməyə başlayıbsa, dərhal psixoloqa müraciət etmək lazım deyil. Öncə orqanizmdəki vitaminləri yoxlamaq lazımdır. Çünki sink, maqnezium və ya D vitamini çatışmazlığı da uşaqların psixologiyasına mənfi təsir göstərə bilər", – deyə S.Popova qeyd edib.
Psixoterapevt təzyiq göstərən, həddindən artıq tələbkar və mühafizəkar valideynlərə də məsləhətlər verib:
"Belə valideynlər uşağı ilə birlikdə özləri də psixoloqa müraciət etməlidirlər".
Digər psixiatr-narkoloq Anton Denisenkov isə uşaqların narkotikə bulaşmasını göstərən əlamətləri açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə uşağın davranışındakı dəyişikliklərə diqqət yetirmək lazımdır. Bunlar əsəbilik, səbəbsiz aqressivlik, diqqətsizlik, konsentrasiya və diqqətdə çətinlik, məktəb performansının pisləşməsi, dərsdən yayınma, maraqların itirilməsi, yalan və daimi pul tələbləri, evdən kənarlaşmaq halları ilə müşayiət olunur.
Uşaq psixoloqu Anastasiya Yekuşevskaya isə belə bir fikir yürüdür ki, valideynlər övladlarının dərs qiymətlərindən narahat olmamalıdırlar. Çünki qiymətlər çox vaxt bilik səviyyəsinin göstəricisi deyil, əksinə, performansın azalması uşağın hər hansı depressiv vəziyyətinin əlamətidir və bu hal ciddi həyəcan doğurmalıdır.
İlahə Əhmədova,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var