Uşağın qətli 58 il sonra "Facebook"da mesaj vasitəsi ilə aşkarlandı - FOTO
Uşağın qətli 58 il sonra "Facebook"da mesaj vasitəsi ilə aşkarlandı - FOTO
1963-cü ildə ABŞ-ın Oregon şəhərinin şərqində dağlarda bir balıqçı tərəfindən tapılan naməlum uşağın kimliyi on illər sonra "Facebook"da mesaj vasitəsi ilə müəyyən olunub.
Bu barədə "The Mirror" xəbər verib.
İki yaşlı oğlanın ölüm işi cəsəd tapıldıqdan cəmi bir ay sonra heç kimin onu müəyyən edə bilməməsi səbəbindən bağlanmışdı. 2008-ci ildə elm adamları uşağın DNT nümunəsini götürdü. Bundan sonra onun təxmini təsviri yaradıldı, bununla belə uşağın kimliyi naməlum olaraq qalıb.
2020-ci ilin sonunda hüquq-mühafizə orqanlarına gizli işarəli mesaj yollanıb. Bundan sonra polis DNT mütəxəssisləri və genealoqlarla əlaqə saxlayaraq şəcərə ağacı diaqramı hazırlayıb.
İnanılmaz olsa da, nəhəng bazada araşdırma nəticəsində ölən uşağın iki potensial bacı və qardaşı aşkarlanıb.
"Ohayoda DNT ilə təsdiqlənmiş anabir qardaşı ilə müsahibə zamanı onun Nyu-Meksikoda doğulmuş "daun" sindromlu qardaşının itdiyini öyrəndik. Əlavə araşdırmalar zamanı doğum şəhadətnaməsi tapıldı və Kin-Krik Douda tapılan uşağın kimliyi 58 il sonra öyrənildi: 10 fevral 1960-cı il təvəllüdlü Stiv Krouford", - deyə polis idarəsindən bildirilib.
O da məlumdur ki, uşağın anası qatarla səfərdən qayıtdıqdan sonra ailəsinə "Stivin qayğısına qalındığını" deyib. Qadının hazırda vəfat etməsi istintaqın işini çətinləşdirir.
Bu mərhələdə uşağın ölüm şərtləri hələ ki, aydın deyil.







Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR