Uşaq evinin direktoru niyə vəzifədən azad edilmir?' - Yeniyetmə qalmaqalı böyüyür

Uşaq evinin direktoru niyə vəzifədən azad edilmir?' - Yeniyetmə qalmaqalı böyüyür"Ortada xeyli ziddiyyətli məqamlar, təkzibolunmaz faktlar və ağır ittihamlar var".
azxeber.com xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Xətai rayonu, 3 saylı uşaq evindəki vəziyyətdən şikayət edən yeniyetmə ilə bağlı müzakirələrə qoşulan ictimai xadim araşdırma dövründə sözügedən uşaq evinin direktorunun vəzifədən uzaqlaşdırılmamasından narahatlığını ifadə edib:
"Bütün ictimaiyyət, media, millət vəkilləri, ziyalılar səfərbər olub. Ancaq müvafiq dövlət qurumu heç olmasa, araşdırma dövründə uşaq evinin direktorunu vəzifədən azad etmir. Bununla da ictimai rəyə, toplum vicdanına açıq hörmətsizlik nümayiş etdirir. Digər tərəfdən isə təqaüd yaşına çatmış və ya az qalmış direktor da etika naminə bütün bu ittihamların fonunda istefa verməyə özündə cəsarət tapmır.
Nəticədə isə uşaq evindəki qanunsuzluq halları ilə bağlı aparılan araşdırmanın nəticəsi ilə bağlı müfəssəl açıqlama yoxdur, eyni zamanda Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin rəyinə baxmayaraq yeniyetmə psixiatriya xəstəxanasında saxlanılır. 
İndi necə etməli, cəmiyyətdəki haqlı suallara necə qarşılıq verməliyik?"
Qeyd edək ki, bundan əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayətlə bağlı sosial şəbəkədə görüntülər yayılmışdı.
Orada qalan uşaqlardan biri uşaq evinə gələn ərzaqların aparıldığını iddia etmişdi.
Yeniyetmə daha sonra öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi müzakirələrə səbəb olmuşdu.
Onu da əlavə edək ki, sözügedən yeniyetmənin ruhi xəstə olmadığını deyən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Sosial       Tarix: 06 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 idman xeberleri en son xeberleri sonxeber az