"Uşaqlar da koronavirusa yoluxur və xəstəliyi adətən..."

"Uşaqlar da koronavirusa yoluxur və xəstəliyi adətən..."Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil. Onlar da bu virusa yoluxurlar. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, əksər hallarda simptomsuz keçirirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqladığı məlumatda da Azərbaycanda koronavirusa yoluxanlar arasında 2 yaşlı uşağın olduğu qeyd edilir. Tədris Cərrahiyyə Klinikasında 6 yaşlı uşaq koronavirus səbəbindən müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək düzgün deyil. Odur ki, uşaqları da bu virusdan qorumaq lazımdır".
Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: "Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra həmin əməliyyatlar da icra olunacaq".
R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır. Bu da ölkəmizdə vaxtında atılan addımların nəticəsidir.
Uşaq cərrahı Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu diqqətə çatdırıb: "Koronavirus bəşəriyyətin gözə görünməyən düşmənidir. COVID-19 yeni bir infeksiyadır, hələ tam öyrənilməyib. Onun orqanizmə düşəndə özünü necə apardığı hələ tam məlum deyil. Bu, orqanizmin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır".
Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun