"Uşaqlar da yoluxur, klinikamızda 6 yaşlı uşaq koronavirusdan müalicə olunur"- Baş həkimdən AÇIQLAMA

"Uşaqlar da yoluxur, klinikamızda 6 yaşlı uşaq koronavirusdan müalicə olunur"- Baş həkimdən AÇIQLAMA"Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil. Uşaqlar da bu virusa yoluxur. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinkasının baş həkimi Ramiz Poluxov deyib: "TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək  doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır".
Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: "Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. İnşallah, koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək".
R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır: "Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir".
Baş həkim, Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəsə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: "Koronavirus gözə görünməyən düşmən, bəşəriyyətin düşmənidir. Covid-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır".
Həkim, virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli