Uşaqlarda ayaq ağrısı revmatizm əlamətidir? - Pediatrdan Çağırış

Uşaqlarda ayaq ağrısı revmatizm əlamətidir? - Pediatrdan ÇağırışRevmatik xəstəliklərə uşaqlar arasında da geniş rast gəlinir. Onlardan biri də revmatizmdir. Revmatizmin uşaqlarda bir sıra ağır fəsadlara səbəb olduğu bildirilir. Revmatizm nədir, nədən yaranır? Onun hansı əlamətləri olur? Revmatizm diaqnozu necə qoyulur?
Milli.Az e-tibb.az-a istinadən həkim-pediatr Aytən İsmayılzadənin revmatizm, revmotestlər, yanlış diaqnozlar və müalicələr barədə məqaləsini təqdim edir:
Uşaqda ayaq ağrısı varsa, valideyn ya özbaşına, ya həkim göstərişi ilə mənasız revmotest analizi verir. FMF isə yada düşmür. Bununla bağlı iki sual yaranır:
1. Revmotest mənasızdır? Nəyə görə? 2. FMF nədir?
Uşağın ayağı ağrıyırsa və siz "revmatizmi var bəlkə", deyə düşünürsünüzsə, ilk yalnış burda olur. Çunki revmatizm elə bir xəstəlik deyil ki, gizli getsin və bəlkə ilə ehtimal olunsun. Revmatizmin diaqnozu elə əlamətlərə əsasən qoyulur. Bu əlamətlərə isə ayaq ağrıları daxil deyil. Yəni halsızlıq, təngnəfəslik, iri oynaqda şişkinilk, qızartı, xoreya, dəridə səpkilər kimi əlamətlərin yanında ayaqlar da ağraya bilər. Amma bunlar heç biri yoxdur və anamnezdə də yaxın gunlərdə keçirilmiş boğaz infeksiyası, angina, hərarətli günlər yoxdursa, deməli, revmatizmdən söhbət gedə bilməz.
Revmatizm az, ya çox olmur. Bəzən deyirlər ki, bir az revmatizmam var. Ya da deyirlər ki, yoxladıq uşaqda güclü revmatizm çıxdı. Boğazda oturan A qrupundan olan betta streptokokklar bu xəstəliyi törədir. Əgər əsnəkdən yaxmada məhz bu mikrob çıxarsa, revmatizm olmasın deyə profilaktik müalicəyə başlanılır və "bisillin" təyin olunur. Uşağın revmatizm keçirib-keçirmədiyini isə baş verənləri soruşmaqla ya "Exo-kq" vasitəsilə təyin edə bilərik. Exo-kq zamanı revmatizm ağırlaşması olaraq ürək qapaq qüsuru aşkar edilir. Revmatizm ayaq üstə keçirilən, özbaşına sağalan ya ömürboyu davam edən xəstəlik deyil.
Bütün bu əlamətlər yoxdursa, revmotest nə işə yaraya bilər? Çox zaman RF neqativ, ASO yüksək olur. CRP də bir az dəyişir və adam qorxur. Qorxmağa isə səbəb yoxdur. Çünki ortada bir xəstəlik yoxdur.
ASO nədir? ASO yəni antistreptolizin-streptokokkun fermentinə qarşı bədəndə yaranmış maddə. Bunun yüksək olması göstərir ki, uşağın immuniteti nə vaxtsa streptookokk mikrobu ilə döyüşüb. Amma bunun revmatizm törədən streptokokk olduğunu hələ bilmirik.
Bəlkə uşaq skarlatina keçirib, ya çürük dişləri var. Çürük dişlərdə də streptokokkus viridans olur və o da ürək qapaqlarını zədələməyi sevir. Beləliklə, bu ASO belə bir əhəmiyyət daşımır.
CRP isə C reaktiv protein deməkdir və bədəndə olan istənilən iltihabi prosesdə yuksələn bir zülaldır. Ondan da revmatizm mövzusunda əl çəkməyimiz lazımdır.
İndi keçək ikinci suala. FMF nədir?
Uşağın ayağı ağrıyırsa, o da gecələr durub, oturub ağlayırsa və bu periodik olaraq davam edirsə, nədən şubhələnək? Öncə revmatizmi unudun və boşuna pul xərcləməyin.
Bu şikayətlə müraciət olanda və mən deyəndə ki, bəlkə FMF olar, ana "Doktor, loru dildə başa salın", deyir. Bunun loru dildə başqa adı yoxdur. Çünki bizim həkimlərə və insanlara "doğma" xəstəlik adı olmadığından loru versiyası da hələ yoxdur.
FMF (Familial Mediterranean Fever) yaxud AAA- Ailəvi Akdeniz Ateşi sindromu genetikdir. Yəni valideynlərdən ötürülür. Uşağın xəstə olması üçün hər iki valideyn ya daşıyıcı olmalı, ya biri xəstə olmalıdır. Bu xəstəliyin səbəbi bədənimizdə iltihabı idarə edən MEFV genində mutasiyanın olması ilə bağlıdır. Yəni bədəndə müxtəlif səbəbsiz iltihablar baş verir, seroz kilsələrdə bu iltihab müxtəlif simptomlarla özünü göstərir. Məsələn, oynaq seroz kisəsində olarsa, oynaqlarda ağrı olur, ağciyər üzərini örtən plevrada olarsa, döş qəfəsində ağrı olur, qarında olan periton kisəsi müsariqə səhifələrində olarsa, qarında ağrılar olur. Dövri olaraq hərarət ola bilir. Amma bunların yalnız bir əlamətli formasi ola bildiyi halda, bütün  əlamətlərlə də görülməsi mümkündür. Ona görə də hər qarın ağrısı bağırsaqla bağlı olmaya bilər. Yəni bu zaman ağrı qarında bağırsaqdan kənar baş verir. Ölkəmizdə yəqin ki, bu günə qədər çox sayda FMF-li insanlar revmatizm adı ilə "bisillin"lə yanlış müalicə olunub. FMF müalicə olunmazsa, irəliləyən illərdə böyrək zədələnər və böyrək çatışmazlığı inkişaf edər. FMF üçün diaqnoz genetik testlə qoyulur. O isə baha olduğundan birbaşa təyin edilmir. Öz dərmanı ilə müalicə təyin olunur, əgər müsbət nəticə görülərsə, diaqnoz təxmin olunur, daha sonra isə təsdiq üçün genetik test edilir. Çünki həmin dərman ömür boyu içiləcək.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun