Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır
Valideynlərin ən çox şikayətləndikləri mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova deyib: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllər var və uşağın normal boyu həmin cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır və əllərin rentgen müayinəsi aparılaraq bioloji yaşa baxılır. Uşağın boyu üç aydan bir ölçülərək nəzarətdə saxlanılır. Bir yaşında uşağın boyu təxminən doğum boyunun iki misli qədər olmalıdır".
Bu problem həm genetik, həm də digər amillərlə əlaqələndirilir. Boyu normal inkişaf etməyən uşaqlarda piylənmə gedir, daxili orqanlarda funksional pozuntular yaranır.
Həkim-pediatr deyib: "Boyu qısa olan uşaqlarda hər hansı bir xəstəliyin olub-olmaması araşdırılır, onda lazımi boy artımı olması üçün valideynə uşağın normal qidalanması, bəzi idman növləri, xüsusilə basketbol, voleybol və yüngül atletika ilə məşğul olması məsləhət görülür. Həmçinin qidalanma zamanı karbohidrat və şirniyyatlardan az istifadə etməsi tövsiyə edilir. Əgər problem hansısa xəstəliklə əlaqədardırsa, onda hormon çatışmazlığını aradan qaldırdıqdan sonra problemi yoluna qoymaq mümkündür".
Uşaq 1 yaşadək 25, 1-2 yaş arası 10-12, 2-4 yaşında 14-15, 4 yaşından 10 yaşına qədər 30-32 santimetr boy atmalıdır. 11 yaşından yetkinlik yaşına qədər boy artımı hər il 5-10 sm təşkil edir. Proses normal qaydada getmədikdə mütəxəssisin nəzarəti altına alınmalıdır.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ