Uşaqlarda mövsümi xəstəliklər

Uşaqlarda mövsümi xəstəliklərUşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Payız-qış aylarında ən çox kəskin respirator virus infeksiyaları çox yayılır və bu zaman uşaqlarda immunitetin aşağı düşməsi ilə əlaqədar tez-tez xəstələnmə baş verir, qızdırma, öskürək, sətəlcəm kimi proseslər daha tez-tez əmələ gəlir".
Boğaz və qulaq ağrıları da soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Həmin narahatlıq əksər hallarda iltihabi proses şəklində üzə çıxır. Ən geniş yayılmış səbəbi isə soyuqdəymə və ya qrip hesab olunur. 4-7 yaş arası uşaqlar həmin xəstəliklərlə daha çox üzləşirlər.
Həkim-pediatr bildirib: "Valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar. Vitaminlərlə zəngin meyvə-tərəvəz rasionda üstünlük təşkil etməlidir. Uşaqları çox isti və çox qapalı mühitlərdə saxlamaq düzgün deyil. Qışda xəstəliklərin bir səbəbi də uzun müddət qapalı mühitlərdə qalmaqdır".
Onun dediyinə görə, payız-qış mövsümündə uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, qaşınması, sulanması, maye ifrazı ilə müşahidə olunan allergik reaksiyalar da geniş yayılır. Ona görə də soyuq aylarda uşaqlara qarşı daha diqqətli olmaq, onları soyuğun və küləyin təsirindən qorumaq hər bir valideynin borcudur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler