Uşaqlarda müşahidə olunan "COVID barmaqlar" simptomu

Uşaqlarda müşahidə olunan "COVID barmaqlar" simptomuUşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasına nadir hallarda yoluxurlar və xəstəliyi daha yüngül keçirirlər. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya uşaqlarda qeydə alınan bəzi əlamətlər böyüklərdə müşahidə olunmur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatrı, Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Sevda Məmmədovanın "Koronovirus infeksiyası və uşaqlar" mövzusunda hazırladığı məqalədə öz əksini tapıb.
Məqalədə qeyd olunub ki, uşaqlarda virusun inkubasiya dövrü 4-7 gün, sağalma müddəti 1-2 həftədir. Uşaqların SARS-CoV-2 infeksiyasına nisbi davamlılığını bir sıra səbəblərlə izah etmək olar:
• epidemioloji cəhətdən uşaqlar daha az yerdəyişmə, ünsiyyət, səyahət etdiklərinə görə yoluxma riski aşağıdır,
• dövr edən ACE2 səviyyəsi uşaqlarda aşağı tənəffüs yollarda az miqdarda olması səbəbindən, yoluxma zamanı yuxarı tənəffüs yolları zədələnir,
• uşaqlarda selikli qişaların vəziyyətinin böyüklərə nisbətən qənaətbəxş olması. Böyüklərdə siqaret tüstüsünün, hava çirklənməsinin təsiri və çoxsaylı xronik xəstəliklərin mövcudluğu selikli qişaların baryer funksiyasını xeyli zəiflədir.
Uşaqlarda COVID-19 infeksiyasının klinik manifestasiyası zamanı rast gəlinən simptomlar müxtəlifliyi ilə seçilir. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya əksinə.
Beləliklə, uşaqlarda daha çox təsadüf edilir:
• asimtpom gediş
• qızdırma (50% hallarda)
• öskürək
• boğazda ağrı/faringit (40% hallarda)
• yüngül ishal
Nadir hallarda rast gəlinir:
• rinoreya
• fitverici tənəffüs
• baş ağrısı, mialgiyalar. Böyüklərdə təsadüf edilsə belə, uşaqlarda rast gəlinməsi haqqında heç bir informasiya yoxdur:
• anosmiya/hiposomiya (böyüklərdə patoqnomonik simptomlar siyahısındadır)
• konyunktivit
• böyrəklərin zədələnməsi ( əvəzedici terapiya tələb edən vəziyyətlər, xüsusilə STC bağlı olan şəxslər arasında)
Böyüklərdə bilinməyən, uşaqlarda rast gəlinən əlamətlərdən biri "COVID barmaqlar"dır. "COVID barmaqlar" İspaniyada, ABŞ-da uşaqlar arasında rast gəlinən, xəstəliyin digər simptomlarına təsadüf edilmədiyi təqdirdə, barmaq falanqalarında zahiri görünüşünə görə donmuş, ağrılı, vaskulit əlamətlərinin aşkar olunmasıdır. Həmin simptom laboratoriyada təsdiq olunmayan hallarda, uşaqlarda COVID-19-a diaqnoz qoyulması üçün patoqnomonik simptom hesab edilə bilər.
İmmunodepressant qəbul edən autoimmun revmatik xəstəliyi olan uşaqlar xüsusi qrup təşkil edir. Onların nəinki koronavirusla, həm də digər infeksiyalarla yoluxma riski yüksəkdir. Güman etmək olar ki, SARS-CoV-2 ilə yoluxma patoloji prosesi kəskinləşdirə, immun sisteminin ağır patologiyası və komorbid xəstəliklər infeksiyanın gedişini ağırlaşdıra bilər.
Revmatik xəstəlikləri olan uşaqlara koronavirus infeksiyasının təsiri barədə məlumat kifayət qədər deyil.
Beləliklə, sağlam qrupa aid olan uşaqlar koronavirus infeksiyasını daha yüngül keçirirlər. Onların arasında da asimptomatik daşıyıcılar var. Belə uşaqlar, xəstəliyi ağır keçirən böyüklərdən fərqli olaraq, daha tez-tez infeksiya mənbəyi ola bilərlər.
İnfeksiyanın qarşısını almaq üçün uşaqlar da daxil olmaqla, profilaktik tədbirlərə riayət etmək zəruridir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video