Uşaqlarda QIZDIRMANI necə düzgün ölçməli? - Anaların bilmədiyi incəliklər

Uşaqlarda QIZDIRMANI necə düzgün ölçməli? - Anaların bilmədiyi incəliklərHərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib. Milli.Az saglamolun.az-a istinadən həkimin tövsiyələri ilə sizi tanış edir:
- Hansı nahiyədə ölçmək daha yaxşıdır - qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.
- Hansı termometr daha dəqiqdir? Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir. Bunun səbəbi onun içində olan civədir. Ümumdünya Səhiyyə Təşkilatı civəni insan sağlamlığı üçün 10 ən ziyanlı kimyəvi maddələrdən biri hesab edir. Bu səbəbdən elektron termometrlərə üstünlük verilməlidir. Termometrin batareyalarını vaxtında dəyişmək lazımdır, əks halda düzgün nəticə olmayacaq.
- İnfraqırmızı termometrlər hərarəti qulağın içində, alında və ya gicqahda ölçür. Onlar kifayət qədər bahalıdır və ölçülmə zamanı xətalar verə bilir. Əmzik-termometr də xətalar verir. Ən dəqiq olmayan termometr-zolaqdır. Onlar yalnız yüksək hərarətin olub-olmadığını təyin edə bilər.
- Hərarəti ölçəndə eyni termometrdən istifadə edin və hər dəfə eyni yerdə ölçün. (Məsələn, birinci dəfə civəli termometrlə qoltuq altında ölçmüsünüzsə, təkrar ölçəndə yenə də bu termometrdən istifadə edin və yenə də qoltuq altında ölçün.)
- Hərarəti ən azı 5 dəqiqə ərzində ölçün.
- Hərarəti ölçəndən əvvəl uşaq bir neçə dəqiqə ərzində sakit oturmalıdır. Hərarət ölçülən yer quru olmalıdır, bu səbəbdən uşaq tərləyibsə əvvəl tərini silin, sonra termometr qoyun.
- Termometr bədənə kip yapışmalıdır. Əks halda nəticə düzgün olmayacaq.
- Elektron termometri siqnal verəndən dərhal sonra çıxartmayın, 3-5 dəqiqə gözləyin.
- Hərarəti ölçəndə göstəriciləri qeyd edin. Söhbət civəli termometrdən gedir, müasir termometrlərdə yaddaş var.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi xabarlar sonxeber az son.xeberler