ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI - Nəyə hazır olmalıyıq?

ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI - Nəyə hazır olmalıyıq?"Pandemiya bitir, ancaq biz yeni pandemiyalara hazır olmalıyıq".
KONKRET.azxəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Maraqlıdır, bu nəyin xəbərdarlığıdır? Yeni pandemiya təhlükəsi varmı?
Sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov KONKRET.az-a bildirib ki, müraciətin məqsədi qeydə alına biləcək pandemiyalara hazırlıqlı olmaq üçün çağırışdır:
ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI - Nəyə hazır olmalıyıq?"Bəşər tarixinin müxəlif dövrlərində fərqli patogenlərin törətdiyi çoxsaylı pandemiyalar qeydə alınır. İllər keçdikcə yeni-yeni xəstəlik törədən mikroorqanizmlər yaranır və onlardan bəziləri öz xüsusiyyətlərinə görə daha geniş yayıla bilir. Yeni koronavirus pandemiyası da dediklərimizə sübutdur. Yer kürəsində insanlarn sayının artması və onların uzaq məsafələrə yerdəyişmələrinin sürətlənməsi dünyanı qloballaşdırıb. Ona görə də hansısa regionda cərəyan edən mikroblar asanlıqla və qısa müddət ərzində geniş əraziyə yayıla bilir. Beləliklə, insanların sıx təmasları və uzaq məsəfələrə qısa müddət ərzində yerdəyişməsi yoluxucu xəstəliklərin yayılma coğrafiyasını genişləndirir. Belə şəraitdə pandemiyaların başvermə ehtimalı arta bilər".
Həkim onu da əlavə edib ki, yeni koronavirus pandemiyası əksər dövlətlərin heç də hər zaman bu təhdidlərə hazır olmadığını göstərdi:
"Yalnız qlobal miqyasda ölkələrin bu təhlükələrə qarşı sıx əməkdaşlığı və koordinasiya olunmuş birgə fəaliyyətləri mümkün zərərləri minimuma endirməyə imkan verə bilər. ÜST-ün müraciətinin də məqsədi bundan ibarətdir. Yəni insanlıq periodik olaraq baş verə biləcək təhdidlərə hazır olmalı və onları ertələmək üçün dövlətlər birgə çalışmalıdırlar".
Fidan Ali,
KONKRET.az

Sağlamlıq       Tarix: 03 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler