Üstümüzə İrasim gəler - ŞƏRH
Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan ara-sıra gah mətbuatda, gah da sosial şəbəkələrdə peyda olur. Bir neçə gün əvvəl özünün "Facebook" səhifəsində canlı yayımda izləyicilərinin suallarını cavablayan keçmiş xarici işlər naziri Qarabağ məsələsindən danışıb. Eyni zamanda Ermənistan hakimiyyətinə təkliflər verən Oskanyan hesab edir ki, hakimiyyət onun xidmətindən yararlansa, 2-3 ay ərzində danışıqlar prosesində köklü dəyişiklik etmək mümkündür.
Sərsəm erməninin populist çıxışını bəziləri ciddi qəbul etməsə də, bir çoxları ona inanıb. Oskanyan hakimiyyətdən özünə və ona yaxın bir qrup diplomata səlahiyyət verilməsini istəyib. Eyni zamanda Oskanyan hakimiyyətə üç ay ərzində onun rəhbərlik edəcəyi diplomatlardan hesab sormamağı da təklif edir.
Dünyanın diplomatiya tarixində rast gəlinməyən bu məsələ ancaq Ermənistanda baş verə bilər. Guya hakimiyyət ondan lap altı ay, bir il hesab sormasa, nə dəyişəcək. Oskanyan və onun qoçu dəstəsi Azərbaycanın daxili işlərinə necə burunlarını soxacaqlar. Oskanyanın ağlı 30 il əvvələ gedib. Bəlkə də yaşlaşdıqca illüziyalara qapılan Oskanyan təkbaşına Qarabağı Ermənistana birləşdirəcək?
Yaxşı, Oskanyan belə qoçaqdırsa, neçə il Ermənistanın xarici işlər naziri vəzifəsində çalışan zaman niyə Qarabağ məsələsini öz xeyirlərinə həll edə bilmədi.
Bu gün erməni cəmiyyətində çaşqınlıq yaratmağa çalışanların məqsədi sülhə mane olmaqdır.
Vardan Oskanyan sonra deyib ki: "Azərbaycanla sülh sazişi imzalamaq yanılış addımdır. Bu sadəcə hakimiyyətin istəyidir. Amma erməni xalqı bunu istəmir. Biz danışıqlar prosesində siyasətimizi dəyişməliyik. Bu gün danışıqların gündəliyi yalnız Azərbaycanın tələblərindən ibarətdir. Ermənistana gəlincə, orada bizim marağımıza uyğun tələb yoxdur".
Oskanyan Azərbaycanın birmənalı şəkildə rədd etdiyi status məsələsini gündəmə gətirməyi düşünür. O hesab edir ki, əgər onun rəhbərlik etdiyi diplomatik korpus danışıqlara cəlb olunsa, Qarabağda durum dəyişəcək.
Oskanyanın sərsəmləməsindən sonra yadıma məhşur filimdə: "Çəkilin ayə, üstümüzə İrasem gəler" ifadəsi düşdü.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ