Üzdə yaranan sızanaq və səpgilərin müalicəsi
Üzdə sızanaq və səpgilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.
Sızanaq yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarına da təsir göstərə bilər. İsti yay günlərində tərləmə nəticəsində artan həmin səpgilərdən xanımlar daha çox əziyyət çəkirlər.
Üz dərisində xoşagəlməz görüntü yaradan qırmızı sızanaqlar getdikcə ləkəyə çevrilə bilər. Problemin profilaktikası üçün yaydan payıza keçərkən dermotoloji və kosmetoloji müalicə vacibdir. Mütəxəssislər bu məqsədlə dəri tipinə görə vitaminlərlə zəngin müalicəvi əhəmiyyətli bir sıra prosedurlar məsləhət görürlər. Kosmetoloqlar bununla yanaşı ev şəraitində mümkün vasitələri də məqsədəuyğun hesab edirlər.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ləkələri müalicə etmək üçün proqram hazırlanır, yəni fərdi qaydada hər üzə, hər ləkəyə və onun növünə görə ayrı-ayrı prosedurlar təyin edilir. Həmin prosedurlar pilinq, mezoterapiya, mikromilinqdən ibarətdir. Ev şəraitində xanımlar həmin ləkələrdən azad ola bilərlər. Məsələn, yarım stəkan düyü unu və yarım stəkan süd qarışdırılır, maska şəklində üzə yaxılır və 10 dəqiqə saxlanılır. Prosedurdan sonra maskanın ilıq su ilə yuyulması çox gözəl ağardıcı effekt verir".
Qeyd etmək lazımdır ki, səpgilər təkcə yağlı yox, quru və normal dərilərdə də yarana bilər. Ona görə də nəticənin uğurlu alınması üçün müalicədən əvvəl düzgün müayinə vacibdir.
Milli.Az /news.milli.az

21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər
Nihat Kahveci arvadını döydü, saxlanıldı
Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq
Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR
Yelo Bank-ın "Summer Challenge" yay təcrübə proqramı başladı - FOTOLAR
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib