Uzunömürlülərin qida vərdişləri açıqlandı
Uzunömürlülərin qida vərdişləri açıqlandı
Amerikalı alim Den Byuttner uzunömürlülərin qida vərdişləri haqqında danışıb.
O bildirib ki, Yer kürəsində beş "mavi zona" (100 yaşdan yuxarı insanların ən çox cəmləşdiyi yerlər) var. Bunlara İtaliyanın Sardiniya, Yaponiyanın Okinava, Yunanıstanın İkariya, Kosta Rikanın Nikoya bölgələri, eləcə də Kaliforniyada bir vilayət daxildir.
Alimin sözlərinə görə, bütün bölgə nümayəndələrinin oxşar yemək vərdişləri var - onlar çoxlu taxıl və paxla məhsulları yeyir, həmçinin müntəzəm olaraq qırmızı şərab içirlər.
Bu bölgələrin sakinləri bəzi məhsullardan qaçmağa çalışırlar. Bunlar ilk növbədə qan təzyiqi və xolesterinin səviyyəsini yüksəldən, piylənmə və infarkt riskini artıran "fast food"lardır.
Həmçinin, uzunömürlülər un məmulatları və şəkər tərkibli məhsullar, eləcə də qazlı içkilərdən yan keçirlər. Belə ki, bu qidalar ürək xəstəlikləri, diabet, piylənmə riskini artırır və ömrün qısalmasına səbəb olur.
Bundan əlavə, ət (xüsusilə qırmızı) və ət məhsulları (xüsusilə kolbasa və sosiska) da uzunömürlü insanların qida rasionundan kənardadır.
Mənbə: "RİA Novosti" /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız