"Uzunömürlülüyün sirri gec evlənməkdir" - 104 yaşlı pensiyaçı

Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var. Tovuz rayonunun Ağdam sakini olan Hacıyev Fərrux Səməd oğlu 1 yanvar 1920-ci ildəndir.
azxeber.com Azvision.az-a istinadən xəbər verir ki, atası haqqında danışan Qasım Hacıyev ailədə 4 uşaq – 3 oğlan, 1 qız olduqlarını bildirib.
O deyib ki, Fərrux kişinin ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.
Qasım Hacıyev qeyd edib ki, yaşla əlaqədar atasının yaddaşı zəifləyib və keçmişi getdikcə unudur:
"Koronavirusa qarşı iynə vurulandan sonra ayaqları da tutulub. Sadəcə gəzməyi sevdiyi üçün yataqda qalmır, çətin də olsa çəliklə bağa düşüb, gəzir, hərəkət etməyə çalışır. Gözləri də zəifləyib, övladlarını, nəvələrini səslərindən tanıyır. Bacımla, qardaşım Sumqayıtda yaşayır, 2-3 ay qışda gedib, onların yanında qalır. Amma mart ayında artıq deyir ki, "burada sanki həbsdəyəm, kəndə qayıtmaq istəyirəm".
Fərrux dayının 6 nəvəsi, 5 nəticəsi var. Qasım Hacıyev nəvə-nəticəsinin sayının az olmasını həm atasının, həm də onların gec ailə qurması ilə əlaqəli olduğunu deyib:
"Atamgilin nəsli uzunömürlüdür. Uzunömürlü olmalarının bir sirri isə gec ailə qurmalarıdır. Deyir ki, atası, babası da ona məsləhət edibmiş ki, "gec ailə qur, uzun ömür sür". Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya Müharibəsi olub. Atam danışırdı ki, qardaşı 1939-cu ildə Rusiya-Finlandiya müharibəsinə aparılıb. 1941-ci ildə evə təzə gəlmişdi ki, kənd soveti gəlib qardaşını anasının əlindən alıb. Anası nə qədər yalvarıb ki, bir gün də qalsın, qoymayıblar. Qardaşı müharibədən qayıtmadı. Anası isə onun da getməməsi üçün qaçaqlıq etməyini bildirib. Özünün danışdığına görə bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürləndən sonra Tovuza qayıdıb evlənib.
Atam kimi bizim də gəncliyimiz Qarabağ müharibəsinə düşüb. Məlumdur ki, Ağdam kəndi Ermənistanla sərhəddir və daim atəş altındadır. Biz burada sanki həbsdəydik. Ağdamda sanki hər şey, həyat ləngiyirdi. Buna görə bizlər də gec ailə qurduq".
Oğlunun sözlərinə görə Fərrux dayının uzunömürlülüyünün digər sirri hər şeyi yeməməsidir: "Atam bostanda bitən tərəvəzləri, həyətdə böyüdülən toyuqları yeyər. O indiyə qədər yarımfabrikat məhsullar, broyler toyuq, kolbasa, sosiska yeməyib. Spirtli içkilər içmir. Yalnız evdə bağlanan kompot və çay içir".
Fərrux dayının gözləri zəif görsə də, ölkədə gedən siyasi prosesləri yaxından izləyir. Vətən müharibəsində kənd və rayonların işğaldan azad edilməsi xəbərlərini daim televizordan alırdı.
"Lakin ilk 6 kəndin işğaldan azad edilməsini mən muştuluqlamışdım. İndi qarşıdan prezident seçkiləri gəlir. Atam da iştirak edəcək. Özü bizə deyir ki, "hamı səsini İlham Heydər oğlu Əliyevə versin. O bizim başımızın üstündən qara buludu götürdü, qanımızı təmizlədi. Başqası gəlsə yenə top-tüfəng başımızın üstündən əskik olmayacaq", - deyə Qasım Hacıyev əlavə edib.

Sosial       Tarix: 23 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun butun xeberler valyuta mezennesi banklar bu gunun xeberleri