Vadim Truxaçev: "Paşinyan və ətrafının davranışı kənardan idarə olunur" - MÜSAHİBƏ

Vadim Truxaçev: "Paşinyan və ətrafının davranışı kənardan idarə olunur" - MÜSAHİBƏVadim Truxaçev: "Paşinyan və ətrafının davranışı kənardan idarə olunur" - MÜSAHİBƏ
Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
Bu açıqlama ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan çıxış edib.
Ermənistan Xarici İşlər naziri İrəvanın sülh danışıqları prosesini davam etdirmək əzminin heç vaxt azalmadığını qeyd edib.
Aydındır ki, yumşaq desək, Zöhrab Mnatsakanyan hiylə işlədir. Axı məhz erməni tərəfi faktiki olaraq danışıqlar prosesinin dayandırılmasına getdi, baxmayaraq ki, təkcə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyil, həm də Ermənistanın ikinci prezidenti Robert Koçaryan "Madrid prinsipləri"nə əsaslanan planın mövcudluğundan danışmışdı.
Üstəlik, dünən Qarabağ separatçılarının lideri Arayik Arutyunyan, Madrid sənədinin birmənalı şəkildə qəbuledilməz olduğunu (o, bununla prinsiplərin mövcudluğunu qəbul edir) bildirdi.
Media.Az hazırkı situasiyanı şərh etmək üçün politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Vadim Truxaçevə müraciət edib.
- Sizcə, niyə erməni tərəfi "Madrid prinsipləri"nin mövcudluğunu tanımır və ya onların qəbuledilməz olduğunu bəyan edir? Rusiya Xarici İşlər naziri uzun illər danışıqların bu plan ətrafında aparıldığını açıq şəkildə qeyd etdi, Robert Koçaryan isə onun mövcudluğunu təsdiqlədi.
- Mənim cavabım daha çox indiki Ermənistan rəhbərliyinin arxasında kimlərin dayandığına dair olacaq. Belə hiss olunur ki, Nikol Paşinyan və onun ətrafının davranışı böyük ölçüdə kənardan idarə edilir.
ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri İrəvanda yerləşir. Bəzi ABŞ və Avropa dairələrinin məqsədi Zaqafqaziyadakı vəziyyəti qarışdırmaq, sonra isə oraya soxulmaqdır.
Bunun üçün hansı prinsiplər əsasında davranmaq və kimlərdən vasitə kimi istifadə etmək ayrı söhbətin mövzusudur. N.Paşinyan hakimiyyətə gəldi və Rusiya ilə Ermənistan arasındakı münasibətlər soyudu.
Bu məsələ aktiv istifadə olunur. Bu oyunda Azərbaycan-Ermənistan münaqişəsi digər məqsədlərə "qurban" verilə biləcək məsələ rolundadır.
- Bəs Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sülh nizamlanmasına dair danışıqlara hazır olduqlarına dair açıqlaması ilə "Madrid prinsipləri"nin tamamilə inkar edilməsi barədə digər bəyanatları necə bir araya sığışdırmaq olar?
- Əgər Robert Koçaryan belə planın olduğunu söyləyirsə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bu barədə danışırsa, Ermənistan rəhbərliyinin R.Koçaryan və Rusiyaya olan münasibətə görə belə bir sənədin olmadığını deməsi təbiidir.
Soros Fondu və digər oxşar təşkilatlar tərəfindən bəslənilən dairələr belə düşünür, danışır. Ermənistan rəhbərliyində bu cür insanlar çoxdur, onlar Ermənistanın həqiqi maraqlarını düşünmədən bu ölkənin siyasətini müəyyənləşdirirlər.
Bundan əlavə, bu insanların bir qisminin etnik erməni olmasına baxmayaraq, onlar Ermənistanda doğulmayıblar.
Beləliklə, təkrar edirəm, bütün bunların dirijorluğu kənardakı dairələr tərəfindən həyata keçirilir. Ermənistan rəhbərliyi situasiyanı gərginləşdirmək və bölgəyə nəzarət ələ keçirmək məqsədilə taran kimi istifadə olunur.
- Ancaq danışıqlar olmazsa, tərəflərin müzakirə edəcəyi bir məsələ yoxdursa, o zaman münaqişənin isti fazaya keçmək təhlükəsi artır. Bu ki aydındır...
- Bu, aydındır. Rusiyada da hadisələrin belə inkişafını istəməzdilər. Ancaq burada maraqlı tərəfin prinsipi sadədir - nə qədər pis olsa, bir o qədər yaxşıdır. Bax, bu qədər. /oxu.az

Siyasi       Tarix: 23 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun