Vahid Ələkbərovu "Lukoyl"dan istefa verməyə vadar edən SƏBƏBLƏR – Deputatla MÜSAHİBƏ

Vahid Ələkbərovu Bu günlərdə  "LUKOYL"un prezidenti Vahid Ələkbərovun şirkətin prezidenti postundan istefa verməsi ciddi müzakirələrə səbəb oldu. Şirkət rəhbərinin vəzifəsindən gedəcəyi gözlənilmirdi. Onun istefasının səbəbləri haqda KONKRET.az Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibə edib. Müsahibəni təqdim edirik. 
-Vahid müəllim, necə düşünürsünüz, bu istefanın əsl səbəbi nədir?
 – Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiya şirkətlərinə və ayrı-ayrı işa damlarına çox ciddi sanksiyalar tətbiq olundu. Bununla əlaqədar olaraq iri şirkət və holdinq sahibləri çətin vəziyyətə düşdü. Mətbuatda oxuduğum xəbərlərdə milyarderlərdən birinin hətta evinin pulunu ödəməyə belə imkanı olmadığını gördüm. Çünki maddi resurslar sanksiya altındadır. "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov kifayət qədər təcrübəli mütəxəssisdir. O uzun illər belə böyük bir holdinqə rəhbərlik edib və dünya iqtisadiyyatını yaxşı bilən insandır. Yəni, onun barəsində yüksək fikirdəyəm. Bu istefada əslində onun heç bir günahı yoxdur. Dünyada gedən proseslər qarşısında nə isə etmək mümkün deyil.  Ola bilər ki, Rusiyada baş verən proseslərlə əlaqədar olaraq sədrlikdən istefa verib. Yəqin ki, şirkətdə onun müəyyən payları qalacaq.
– Vahid Ələkbərov 1993-cu ildən bəri adıçəkilən şirkətin rəhbəri idi. İndiki məqamda onun gedişi nəyi dəyişəcək?
– Vahid Ələkbərovun istefasının şirkətdə nələrisə dəyişəcəyini düşünmürəm. Vahid Ələkbərov ağıllı adamdır və Rusiyada davam edən gərgin prosesləri dərindən dərk edə bilir. O, bilir ki, bu sanksiyalar uzun müddət davam edərsə Rusiya iqtisadiyyatının çöküşünə gətirib çıxarar. Şirkət rəhbərləri daha ciddi problemlərlə üzləşməmək üçün belə qərarlar verir. Rusiyanın idxal-ixrac əməliyytaları dondurulub. Bu, neft-qaz sahəsinə daha ciddi təsir edir. Görünür, "xəmir" hələ çox su aparacaq. Hələ bilmək olmaz, qarşıda kimlər istefa verəcək, kimlər qalacaq.
– Prezidentin istefası şirkətin çöküşünə səbəb ola bilərmi?
– Vahid Ələkbərovun gedişi ilə onun rəhbərlik etdiyi şirkətin çökəcəyini düşünmürəm. Amma şirkət müəyyən problemlərlə üzləşə bilər. Əgər sanksiyalar uzun müddət davam edərsə ciddi problemlər qaçılmaz olacaq.
– Vahid Ələkbərov azərbaycanlıdır. Onun gedişi ilə şirkətin Azərbaycanla münasibətlərində dəyişiklik ola bilərmi?
–  "Lukoyl"un Azərbaycanla da müqaviləsi var. Şirkətin Azərbaycanda çoxsaylı yanacaqdoldurma məntəqələri mövcuddur. Əslində bu qadağalar bütün dövlətlər arasındakı münasibətlərə mənfi təsir edir. Lakin  Azərbaycan stabil dövlətdir. Dövlətimiz böyük şirkətlərə investisiya yatırımları etməsi üçün geniş imkanlar yaradır. Şirkətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu istefanın "Lukoyl"-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürəm.
– Sizin fikrinizcə, şirkətin yeni prezidenti kim ola bilər?
– Yeni prezidentin kim olacağı bilinmir. Vahid Ələkbərovun oğlu orada çalışır. Yəqin ki, yeni prezidenti şirkətin səhmdarları və Vahid Ələkbərov özü müəyyən edəcək.
Şəbnəm Mehdizadə,
KONKRET.az
 

Sosial       Tarix: 22 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler cəbhədən xəbərlər sonxabar iqtisadiyyat xeberleri bugun