Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEO

Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEOValentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEO
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko azərbaycanlı parlamentariləri Rusiyada görməkdən məmnunluğunu bildirib. O deyib: "Bu, sizin Milli Məclisin Sədri kimi Rusiyaya ilk səfərinizdir və biz bunu yüksək qiymətləndiririk. Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır. Biz sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahatedici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır".
Görüşdə Valentina Matviyenko XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib.
Söhbət zamanı Valentina Matviyenko Sahibə Qafarovanın sentyabrın 23-də Federal Məclisin Federasiya Şurasında nəzərdə tutulan çıxışı barədə danışaraq deyib: "Demək olar ki, sabahkı sessiyanın ilk iclasını siz açacaqsınız".
Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətini Rusiyaya dəvət etdiyinə görə Valentina Matviyenkoya təşəkkür edib. O, bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edin. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.
İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib. O, mükafatı təqdim edərkən bildirib ki, Mehriban xanım Əliyeva Rusiyanın əsl dostudur.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında sözsüz ki, ölkələrimizin parlamentləri də böyük əhəmiyyət daşıyır. Həm Milli Məclisdə, həm də Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir. Ümid edirik ki, pandemiya başa çatandan sonra Rusiya və Azərbaycan müxtəlif parlament təşkilatlarında əməkdaşlığı davam etdirəcəklər.
Sahibə Qafarova Azərbaycanda və Rusiyada keçirilən seçkilərdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatların müşahidə missiyalarının, ilk növbədə isə MDB Parlamentlərarası Assambleyası çərçivəsində müşahidə missiyalarının qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu xüsusi qeyd edib. Sədr Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən İkitərəfli parlamentlərarası komissiyanın qarşılıqlı münasibətlərimizin inkişafına əvəzolunmaz töhfə verəcəyinə əminliyini ifadə edib. Milli Məclisin Sədri yaxın gələcəkdə parlamentlərarası komissiyanın 15 illik yubiley iclasının keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Sahibə Qafarova Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əlaqələrə də böyük önəm verdiyini qeyd edib. Bununla bağlı nəzərə çatdırıb ki, Azərbaycan parlamentinin Dağıstan Respublikasının Milli Məclisi və Sankt-Peterburqun Qanunvericilik Məclisi ilə sıx əlaqələri mövcuddur.
Görüş zamanı Dağlıq Qarabağ problemi barədə danışan Milli Məclisin Sədri bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu çox böyük problemdir. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq, atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.
Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu, ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak oldu. Hadisələrin gedişi onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək deyib: "Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək".
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18:09
Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin mətbuat xidməti bu barədə məlumat yayıb. 
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.
Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEOValentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEOValentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEOValentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEOValentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - YENİLƏNİB + VİDEO

Siyasi       Tarix: 22 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun