Valyuta hərraclarının nəticələri buna görə açıqlanmır - TƏCİLİ AÇIQLAMA
Valyuta hərraclarının keçirilməsi Dövlət Neft Fondunun (ARDNF) transfetlərinin həyata keçirilməsi ilə bağlıdır.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, hər ilin sonunda ARDNF dövlət büdcəsinə ödədiyi transfert təsdiq edilir. Bu məbləğin manat şəklində ödənilməsi üçün ARDNF sənəncamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək vəsaitləri manatla büdcəyə köçürməlidir. Bu transfertin həyata keçirilməsi üçün ARDNF birbaşa özü bazara çıxmaqla valyuta vəsaitləri sata bilər. Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün Mərkəzi Bank agent qismində çıxış edərək bu prosesdə çıxış edir. Yəni həmin valyutanı bazara hərrac vasitəsi ilə satılır. Həmin hərracda ölkədə fəaliyyət göstərən banklar iştirak edir. Məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halında bu hərracların məlumatlarının yayılmasının səbəbi görə bilmirik. Həftə ərzində 2 dəfə hərrac keçirilir və həmin hərracların nəticələri dəyişkən olur. Hər dəfə bu dəyişiklər baş verdikdə qalmaqala səbəb olur.
"Biz ona görə qərarə gəldik ki, transfertlərin həyata keçirilməsi üçün təşkil edildiyini nəzərə alsaq bu hərraclar açıqlanmasın. Həm məzənnə sabit qalırsa, həm də tələb tam ödənilirsə bu məlumat təhlil üçün kifayət etmir"-deyə Taleh Kazımov əlavə edib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA