Vaqif Əsədov: "Qadınlar güzgüyə az baxsınlar

Vaqif Əsədov: Kişi sürücülərdən tez-tez bu şikayətləri eşidirik ki, xanımlar maşın sürə bilmir. Fikir versək görərik ki, xanımlar nəqliyyat vasitəsini çox ehtiyatla sürməyə çalışır. Bu da yolda ləngimələrə səbəb olduğu üçün kişi sürücüləri əsəbiləşdirir. Xanımlar nə qədər ehtiyatla sürsə də, onların da səbəb olduğu qəzaların, qayda pozuntularının şahidi oluruq. Xüsusilə paytaxtda belə hallara tez-tez rast gəlinir.
Maraqlıdır, Bakıda bu ilin ilk rübündə nə qədər xanım sürücü qaydaları pozub, qəza törədib?
Mövzu barədə Redaktor.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, sükan arxasındakı şəxsləri cinslərə bölmək düzgün deyil:
"Mən hesab edirəm ki, sürücülərin kateqoriyalara bölünməsi, kişi və qadın cinslərə ayrılması, bu elə yol hərəkəti haqqında qanunun tələbinin pozulması kimi qiymətləndirilir. Çünki sükan arxasında olan şəxs hər kim olursa-olsun, o artıq sürücüdür. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün kim olursa-olsun qaydaları bilməlidir və bu qaydalara uyğun hərəkət etməlidir. Mən hesab edirəm ki, sürücü xanımlar çox ehtiyatla maşın sürür".
Polkovnik bununla belə qadın sürücülərin də qəza törətdiklərini bildirib.
Vaqif Əsədovun sözlərinə görə, kişi və xanım sürücülər arasında bir sıra fərqlər var:
"Məsələn təhlükəsizlik kəmərini xanımlar daha çox bağlayır. Amma sükan arxasında mobil telefonla danışanların arasında xanımlar daha çoxdur. Belə fərqlər var. Xanımlar arasında yol hərəkəti qaydalarının pozulması faktları var. Amma kişilərlə müqayisədə çox azdır. Cəzalanan azdır. Kəmər taxırlar, ehtiyatla sürürlər, sürət həddini aşmırlar. Kişilər isə sürətə üstünlük verir".
Müsahibimiz xanımlara müraciət etdi ki, sükan arxasında telefona və güzgüyə az baxsınlar:
"Əgər 40-50 min xanım sürücü varsa, onlar bütün sürücülərin onda biri qədərdir. Müqayisə etsək çox azdır. Qadın sürücülər sükan arxasında mobil telefonla danışmağa üstünlük verir. İdarəetmədən diqqətin yayınmaması üçün bir daha xanımlarımıza müraciət edirik ki, diqqətli olun, idarəetmədən diqqətiniz yayınmasın. Yəni tez-tez güzgüyə baxırlar, belə faktlar var".
Sonda Vaqif Əsədov son olaraq xanımların sürücülükdə kişiləri üstələdiyini qeyd edib.

Sosial       Tarix: 16 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber