Vardanyan Paşinyanı devirərək hakimiyyətə gəlmək istəyib - Cinayətkarın yarım qalan PLANLARI

Vardanyan Paşinyanı devirərək hakimiyyətə gəlmək istəyib - Cinayətkarın yarım qalan PLANLARIÖtən ilin sentyabr ayında Moskvadan Qarabağa gələn erməni milyarder Ruben Vardanyan Azərbaycan ərazisində separatçı fəaliyyətə başladı. Azərbaycanın suveren ərazisində ölkəmizə qarşı düşmənçilik münasibətlərini qızışdıran Vardanyan qondarma rejimin "dövlət naziri" postunu da tutdu. Maddi imkanları hesabına Xankəndidən dünyanın aparıcı informasiya vasitələrinə yol tapan separatçı ünsür hər dəfə Azərbaycanı ittiham edir və Qarabağda erməni dövlətinin yaradıldığını bəyan edirdi. Təbii ki, Vardanyan Ermənistanda hakimiyyətə gəlmək üçün Qarabağ kartından tramplin kimi istifadə edirdi. Amma onun Azərbaycan ərazisində ölkəmiz əleyhinə apardığı kampaniya xüsusi qıcıq yaradırdı. Birgünlük antiterror tədbirlərindən sonra yenə beynəlxalq mətbuata müsahibələr verən Vardanyan bu gün aradan çıxmaq istəyərkən sərhədçilərimiz tərəfindən saxlanılıb.
Vardanyan Paşinyanı devirərək hakimiyyətə gəlmək istəyib - Cinayətkarın yarım qalan PLANLARIMəsələ ilə bağlıKONKRET.az-ın suallarını cavablandıran politoloq İlyas Hüseynov bildirib ki, Ruben Vardanyanın saxlanılması Azərbaycanın prinsipiallığının, qətiyyətinin və güclü siyasi iradəsinin nümayişidir: "Sərhədçilərimiz Ruben Vardanyanı saxlayaraq, Bakıya gətirməklə böyük bir missiyanın öhdəsindən gəldilər. Çünki Vardanyan bir il ərzində çirkli pulları ilə Qarabağdan Ermənistanın hakimiyyət olimpinə iddia edirdi. Belə ehtimallar var idi ki, Ruben Vardanyan tezliklə Paşinyanı devirəcək və hakimiyyətə gələcək. Hətta özünü danışıqlarda tərəf kimi təqdim etməyə çalışırdı. Özünü elə göstərirdi ki, sanki Birinci və İkinci Qarabağ müharibələrində iştirak etməyib və "təmiz adam"dır.
Məlumdur ki, o, erməni lobbisi ilə sıx əlaqələri vasitəsilə Qərblə münasibətlər qurur, Rusiya vətəndaşı olması ilə manipulyasiya edir və hər iki qütbün Cənubi Qafqazda maraqlarını təmin etmək naminə fəaliyyət göstərərək Ermənistan liderliyinə can atırdı. Sonra isə birbaşa Rusiya vətəndaşlığından çıxaraq öz planlarını reallaşdırmağa çalışdı. Dünya erməniliyinin Cənubi Qafqazda varlığını sübut etmək üçün çoxsaylı planlar qurdu.
Nəticədə Müzəffər Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə bütün ölkə ərazisində suverenliyini təmin etdi və iqtisadi cinayətkar, adı beynəlxalq cinayətkarlıqda hallanan, çirkli pulların yuyulmasında iştirak edən Ruben Vardanyan bu gün sorğu-sual ediləcək. Vardanyanın aqibəti digər separatçıları da gözləyir. Həmin cinayətkarlar da həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılacaqlar".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 27 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər enson xeberler son xeberler bugun 2026 canli valyuta məzənnələri