Vardanyandan növbəti təxribat: Bakı nə cavab verəcək?
Ermənistanın sabiq "dövlət naziri" Ruben Vardanyan məhkəmədə Ermənistanın Baş naziri Nikol Paşinyanın dindirilməsini xahiş edib. Bu müraciət Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığı bir dövrə təsadüf edir. Maraqlıdır, Ermənistanla Azərbaycan arasında davam edən gərginlik fonunda bu məhkəmə işinin siyasi mesajları nədən ibarətdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Vardanyanın bu addımı siyasi təxribat xarakteri daşıyır:
"Rusiyanın nökəri olan Vardanyanın Azərbaycan məhkəməsinə etdiyi bu xahiş növbəti skandaldır. O, yaxşı bilir ki, hazırda Azərbaycan və Ermənistan hakimiyyəti arasında məhz onun ağalarının başlatdığı savaşın yekunlaşdırılması prosesi gedir. Bu çağırışın məqsədi Azərbaycan məhkəməsi tərəfindən Ermənistana hər hansı oxşar çağırışın edilməsi və bununla da münasibətlərin yenicə normallaşan mərhələsinə zərbə vurmaqdır.
Onu mühakimə edənlər Vardanyandan ağıllı və təcrübəlidir. Azərbaycan məhkəməsi sadəcə onun arqumentlərini dinləyəcək, lakin istənilən halda bu təxribat ssenarisinə imkan verməyəcək".
T.Əliyev əlavə edib ki, Vardanyanın adını çəkdiyi şəxslərin əlinin Azərbaycan vətəndaşlarının qanına bulaşdığını hər kəs bilir:
"Onların Bakıya dəvət olunması yox, məhz müttəhim kürsüsündə əyləşməsi realdır. Ona görə də Paşinyanın Bakıya çağırılması iddiası ağlabatan deyil və sadəcə yeni bir təxribat cəhdidir".
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib