Vasif Məhərrəmli məhkəməyə çağırıldı - 'Dedi ki, Manafı söküb-yığacam

Vasif Məhərrəmli məhkəməyə çağırıldı - 'Dedi ki, Manafı söküb-yığacamMüğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, V.Məhərrəmli Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.
"Mən faizə pul axtarırdım. Bir nəfər dedi ki, qızıl qoyub lombarddan götürə bilər. Mənim qızılım yox idi. Qohumumdan qızıl götürüb həmin adamla aparıb lombardda Mədinə adlı xanıma verdim. 15 gün keçməmiş pulu qaytardım. Amma qızılları ala bilmədim. Hər gün gedib lombardın qarşısında oturdum, əsəbiləşirdim. Bir gün lombardın qabağında ürəyim getdi. Polislər mənə yardım etdi. Mədinə mənə dedi ki, qızılları Maksud müəllim götürüb qaçıb. Qızılların yiyəsi məni az qalırdı məhkəməyə versin. 4 aydan sonra qızılları qaytardılar. Mən Maksudu tanımamışam. Mənə dedilər ki, lombard sahibi Maksuddur".
Zərərçəkmiş Orxan Bəylərzadə da bildirib ki, onun da qızıllarını Maksud Mahmudov götürüb qaçıb.
Digər zərərçəkmiş Vasif Məhərrəmli də ifadə verib.
"Maksud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və yaşlı qadın saxlayıram. Mən ona dedim ki, almışam, öz işimdir. Digər tərəfdən isə mən el bir ev almamışam. Mən ona dedim ki, bu informasiya səndə haradandır. Dedi ki, mənə bir xanım deyib məlumatı. O, mənə dedi ki, öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maksud Mahmudov canlı efirdə heç nə demədi.
Bir müddət sonra o, Cavanşir Məmmədovla bağlı danışmağa başladı. Mən Maksuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maksud sakit oturdu. Bir müddətdən sonra o, Manaf Ağayevlə bağlı danışmağa başladı. Maksud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızıdan pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat pul verdim. Bir nəfər cavan oğlan mənə zəng elədi ki, Maksud müəllim göndərib, pulu ver. Mən də 1000 manatı verdim. Ondan sonra onu görməmişəm. Mənim min manatını versə, yaxşı olar", - deyə V.Məhərrəmli bildirib.
Maksud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmlini yığıb və ondan üzr istəyib: "Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Mən Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi. Manaf Ağayevlə Vasifin İlham adlı dostu var idi. Onun mənə 30 min manat borcu var. Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, mən ona deyərəm. Mən dedim ki, pulumu 3 min-3 min qaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, o, pulu başqa adama verib. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm".
Vasif Məhərrəmli bildirib ki, Maksud yalan danışır: "Maksud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maksud belə deyir. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?".
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Sosial       Tarix: 09 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026