Vasif Talıbov Bakıya gəldi - YENİLƏNİB
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "AzPolitika.info"-ya MR-dəki etibarlı mənbə məlumat verib.
V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır.
İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
21:04
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edir.
KONKRET.az xəbər verir ki, mötəbər mənbələrdən "AzPolitika.info"-ya daxil olan məlumata görə, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.
V.Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.
Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı