Vasif Talıbovun daha bir biznes obyektində problem - İş məhkəmədədir

Vasif Talıbovun daha bir biznes obyektində problem - İş məhkəmədədirNaxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb.
KONKRET.az  xəbər verir ki, "Gəmiqaya Holding", "Cahan Holding" və "Naxçıvanbank" ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun daşıma şirkəti ilə bağlı problem yaranıb.
Söhbət "Bahar Karqo" MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır.
Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır.
445.2-ci maddədə 11000 manatdan 1650 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
"Bahar Karqo" MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qəhrəmanov Elgün Elçin oğludur.
Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır.
Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov "Bahar Karqo" MMC-nin idarəçilərindən olub. Bu fakt Elgün Qəhrəmanovun onun oğlu olması barədə iddianın əsassız olmadığına şübhələri artırır.
Bu arada yada salaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir.

Sosial       Tarix: 05 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler maliyye xeberler bugun son xəbərlər bugün 2026 dunyada son xeberler