Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLAR

Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLARAvqustun 18-də Vaşinqtonda baş tutacaq görüş bütün dünyanın diqqətindədir. ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə bir masa arxasına oturacaq. Siyasi kuluarlarda yayılan məlumatlara görə, Tramp artıq Alyaskada Rusiya prezidenti Vladimir Putinlə ümumi prinsiplər üzrə razılıq əldə edib. İndi isə əsas məqsəd bu şərtləri Ukrayna tərəfinə qəbul etdirməkdir. Bu səbəbdən Zelenski görüşə tək getmir – o, Avropa liderlərinin dəstəyini arxasına alaraq ABŞ-a yola düşür.
KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti ilə birlikdə Vaşinqtona Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corca Meloni və NATO baş katibi Mark Rütte də səfər edəcək. Bu, Zelenskinin "arxa cəbhəsini" möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.
Brüsseldə Zelenski ilə görüşən Ursula fon der Lyayen bəyan edib ki, Ukrayna yaxşı silahlandırılmalı və "heç bir təcavüzkarın uda bilməyəcəyi polad kirpi"yə çevrilməlidir. O, Avropanın müharibədən sonra Ukrayna ordusuna hər hansı məhdudiyyətin əleyhinə olduğunu da vurğulayıb. Lyayen eyni zamanda beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu bildirib, lakin qərarı Ukraynanın özü verməlidir deyə əlavə edib. Fransa lideri Emmanuel Makron da oxşar mövqe nümayiş etdirərək "ərazi məsələləri yalnız Ukraynanın demokratik seçilmiş rəhbərləri ilə müzakirə oluna bilər" deyib.
Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLARMüzakirələrin fonunda Reuters agentliyi Moskvadan sızdığı iddia edilən şərtləri açıqlayıb. Onlara görə, atəşkəs yalnız yekun sülh müqaviləsindən sonra mümkündür. Kiyev ordusunu Donetsk və Luqanskdan tam çıxarmalı, bunun müqabilində Rusiya Xerson və Zaporojye istiqamətlərində mövqeləri dondurmalıdır. Həmçinin Moskva bəzi Sumı və Xarkov bölgələrini qaytarmağa hazır olduğunu bildirir. Ən sərt tələblər isə Krım üzərində Rusiya suverenliyinin tanınması, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, rus dilinə və kanonik pravoslav kilsəsinə hüquqi təminatların verilməsi, Rusiyaya qarşı bəzi sanksiyaların ləğv olunmasıdır.
Zelenski isə bu şərtləri qəbul etmir. O, əvvəlcə atəşkəsin, sonra isə sülh sazişinin imzalanmasının vacibliyini bildirir. Ukrayna lideri başa düşür ki, Moskvanın diktə etdiyi şərtlərə razılıq onun siyasi sonunu gətirə bilər. Üstəlik, kuluarlarda Tramp və Putinin atəşkəsdən sonra Ukraynada seçkilərin keçirilməsini və Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasını müzakirə etdikləri barədə ehtimallar da dolaşır.
Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLARTramp isə əksinə, Putinin mövqeyinə yaxın duraraq, yalnız uzunmüddətli sülh müqaviləsini çıxış yolu kimi görür. Bu isə Ukrayna üçün əlavə təzyiq deməkdir. Avropa liderlərinin Vaşinqtona gəlişi Zelenskiyə arxa olmaq niyyəti daşısa da, qərarın əsasən Tramp və ABŞ tərəfindən veriləcəyi gözlənilir. Bu isə Avropanın real gücünü və mövqeyinin nə qədər təsirli olacağını sual altında qoyur.
Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLAREkspertlər hesab edir ki, hazırda danışıqlar masasında müharibənin dayandırılması və ya ən azı "dondurulması" üçün daha çox imkan yaranıb. Amma şərtlərin sərtliyi və tərəflərin kompromisə meylli olmaması sülhün yaxın vaxtlarda əldə olunacağına inamı zəiflədir. Zelenski isə hələ də Avropanın onu yarı yolda qoymayacağına inanır. Amma tarix göstərir ki, böyük güclərin siyasi razılaşmalarında kiçik dövlətlərin maraqları çox zaman qurban verilir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xəbər.az valyuta məzənnələri