Vaşinqtonun Cənubi Qafqaza dair siyasəti necə dəyişəcək? - ABŞ-dan MÜSAHİBƏ
Vaşinqtonun Cənubi Qafqaza dair siyasəti necə dəyişəcək? - ABŞ-dan MÜSAHİBƏ
ABŞ-ın Dövlət katibi Entoni Blinkenin demokratiyanı təşviq etməkdən imtina etməsi ilə bağlı açıqlamasından sonra Dövlət Departamentinin demokratiyanın, həmçinin Vaşinqton-İrəvan münasibətlərinin inkişafına, eləcə də Ermənistanın Türkiyə və Azərbaycanla dostluq münasibətlərinin bərpasına vəsait ayırdığı barədə xəbərləri gəldi. Ancaq ayrılan məbləğ çox azdır: cəmi 150 min dollar...
Amerikalı publisist, Redford Universitetinin professoru, Ceymstaun Fondunun dəvət olunmuş mütəxəssisi Qriqori İoffe Media.Az-a bununla bağlı şərh verib.
Onun sözlərinə görə, göstərilən məbləğ bu mövzunun prioritet olmadığını göstərir.
"Məsələn, ABŞ Belarus müxalifəti üçün milyonlarla dollar ayırıb", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, demokratlar hakimiyyətə gəldikdən, həmçinin İkinci Qarabağ müharibəsi bitdikdən və Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra bir çoxları ABŞ-ın münaqişənin həllində öz rolunu qeyd etmək üçün ATƏT-in Minsk Qrupunu canlandırmaqla bağlı aktiv işlərə başlayacağını gözləyirdi. İlk əvvəl belə də oldu, amma indi hər şey sakitləşib, bir neçə həftədir Vaşinqton bu mövzuda açıqlamalar vermir.
Professor bunun səbəbini ABŞ-ın başının daxili problemlərə qarışdığı ilə izah etdi.
"Həmçinin bu mövzu prioritet olmaqdan çıxıb və hazırda nizamlamada əsas rol oynayan Rusiyanın iltizamına buraxılmaq məcburiyyətində qalıb", - deyə Q.İoffe əlavə etdi.
O, ABŞ-ın Azərbaycana qarşı tarazlı siyasət yürütdüyünü, bunun təsdiqi kimi məşhur Ceymstaun Fondunun Qarabağ müharibəsi zamanı çap etdiyi çoxlu sayda materiallarını xatırladıb.
"Bunların arasında ermənilərin nöqteyi-nəzərini ifadə edəcək məqalələr demək olar ki, yox idi. Ya azərbaycanyönlü, ya da bitərəf baxışlar qələmə alınmışdı. Bunun fərqinə varmamaq çətin idi", - deyə professor sözlərini yekunlaşdırdı. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına