Vəfa kimdir ki, ondan üzr istəyim?' - Afət Vəfanı məhkəməyə verir

Vəfa kimdir ki, ondan üzr istəyim?' - Afət Vəfanı məhkəməyə verirMüğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qalmaqal yaşadığı həmkarı Afət Fərmanqızının onunla barışmaq istədiyini, hətta övladını təhqir etdiyi üçün üzr istədiyini bildirib.
azxeber.com məsələ ilə bağlı açıqlama almaq üçün Rusiyada yaşayan müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb.
Sənətçi redaksiyamıza bildirib ki, Vəfa Şərifovanən dediklərinin hamısı yalandır:
"Biz onunla Rusiyada toy şənliyində olmuşuq, doğrudur. Amma onun bu gün verilişdə dediklərinin hamısı yalandır! O, mənimlə üzləşməmək üçün qorxusundan arxa otaqdan çıxmadı. Buna onun köməkçisi Mikayıl da şahiddir. O kimdir ki, mən hələ ondan üzr də istəyim. Burada günah Zaur Nəbioğlundadır ki, mən olmayan yerdə adımı hallandırıb ona sual verir. Onun da cavabını verəcəyəm.
Haqqımda olmayan və yalan məlumat yaydığı üçün indi də mən Vəfanı məhkəməyə verəcəyəm. Görüntünü vəkilimə vermişəm, bu işlə o məşqul olacaq. Mən bir dəfə üzr istəmişəm, o da Flora Kərimovadan. Çünki o sənətkardır. Ona məhkəmədə qalib gəlmişdim, buna baxmayaraq onu oğlumun toyuna dəvət etdim. Flora xanım dedi ki, xətrimə dəymisən. Onun o sözünə görə mən ondan üzr istədim. Amma Vəfa mənim üçün üzr istənəcək adam deyil."
Xatırladaq ki, müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olan zaman həmkarı Afət Fərmanqızının Moskvada toyda olarkən ona yaxınlaşdığını, barışmaq istədiyini, hətta "balanı təhqir etməmişəm. Əgər etmişəmsə, qələt etmişəm" dediyini bildirib.
Lakin bütün bunlara baxmayaraq Vəfa Şərifova məhkəməyə təqdim etdiyi şikayət ərizəsini geri götürməyəcəyini və sona qədər gedəcəyini bildirib.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 08 oktyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun en son xeberler xeberler bugun maraqlı xəbərlər