Venesuela Karib dənizinin şərqində hərbi təlimlərə başladı
KONKRET.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkə silahlı qüvvələrinə Karib dənizinin şərqində təlimlər keçirməyi əmr edib.
Sərəncam Britaniyanın iki qonşu Cənubi Amerika ölkəsi arasında sərhəd mübahisəsi fonunda Qayananın ərazi sularına hərbi gəmi göndərəcəyini elan etməsindən sonra verilib. Maduro bildirib ki, 6000 Venesuela əsgəri, o cümlədən hava qüvvələri və donanma ölkənin şərq sahillərində, Qayana ilə sərhəd yaxınlığında birgə əməliyyatlar keçirəcək. O, Britaniyanın "HMS Trent" gəmisinin Qayana sahillərinə yaxınlaşmasını ölkəsi üçün təhlükə adlandırıb. Venesuela və Qayana sahillərində böyük neft yataqları var. İki ölkənin mübahisəli ərazisi hesab edilən Guyana-Essequibo bölgəsində yaranan gərginlik məhz həmin neft yataqlarına görədir.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi