Vergi borclarının alınmasına möhlət verilməsi ilə bağlı YENİLİK

Vergi borclarının alınmasına möhlət verilməsi ilə bağlı YENİLİKVergi öhdəliyinə möhlət verilməsi mexanizmi müasir iqtisadi şəraitə uyğunlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd edilib edilib ki, Vergi Məcəlləsində vergi borcuna görə möhlət verilməsi mexanizmi sahibkarlıq subyektlərinin kateqoriyası üzrə borc məbləğindən asılı olaraq müəyyən edilmişdi. Məcəlləyə əsasən mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan az olarsa vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmırdı. Bu səbəbdən vergi borcu qeyd edilən məbləğlərdən az olan vergi ödəyiciləri möhlət hüququndan istifadə edə bilmirdilər.
İnzibatçılığın yüngülləşdirilməsi məqsədilə edilən dəyişikliyə əsasən bu məbləğlərin ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 500 manat məbləğində müəyyən edilməsi təsbit olunub. Bununla da kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2000, 20 000 və 100 000 manatdan 500 manata endirilib ki, bu da bu alətdən faydalanmaq istəyən vergi ödəyiciləri üçün əlverişli imkan yaradır.
Digər tərəfdən, Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300.000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300 000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir.
Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 faizini ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq.
Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq ediləcək və bu alətdən istifadə edilməsi vergi ödəyiciləri tərəfindən borcların daha rahat şəkildə ödənilməsi imkanlarını yaratmış olacaq.
Əlavə olaraq bu istiqamətdə bır sıra dəyişikliklər edilib:
Dövlət satınalmalarından irəli gələrək və ya mövsümi işlərlə əlaqədar vergi borcuna möhlət verilməsi ilə bağlı müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olması tələb edilən müddət 3 ildən 2 ilə endirilir;
Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;
Möhlət müddəti ərzində möhlət verilmiş borca münasibətdə borcun alınması ilə bağlı tədbirlər dayandırılır.

Sosial       Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun butun xeberler valyuta mezennesi banklar bu gunun xeberleri