Vergilər azaldıldı, bəs qiymətlər? - "Kaspi"nin ARAŞDIRMASI + FOTO

Vergilər azaldıldı, bəs qiymətlər? - Vergilər azaldıldı, bəs qiymətlər? - "Kaspi"nin ARAŞDIRMASI + FOTO
Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi üç il müddətinə 75 faiz azaldılır. Ekspertlər deyirlər ki, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinin azalmasına gətirib çıxarmalıdır. 
Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yeni qərarda söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında hotel və sanatoriya kimi fəaliyyət göstərən yerləşmə vasitəsi olan daşınmaz əmlaklardan gedir. Yeni güzəştlər bölgələrdə otellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?
"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müavini Əhməd Qurbanov bildirib ki, tətbiq edilən güzəştlər hotellərin xərclərindən çıxıldığı üçün bu dəyişiklik qiymətlərdə öz əksini tapacaq: "Gələn ildən Vergi Məcəlləsinə uyğun olaraq yerləşmə müəssisələri kimi fəaliyyət göstərən daşınmaz əmlaklara 3 il müddətində 75 faiz əmlak vergisindən azad edilmə qüvvəyə minəcək. Bu tip təşviqlər sahibkarlar üçün çox önəmlidir. Belə olduğu halda turistlərin bu hotellərdə qalması üçün münbit şərait yaradılır. Amma bütün dünyada turistlər bəzən qiymətlərdən şikayət edirlər. Bunun da səbəbi hotellərin müəyyən xərclərə malik olmasıdır. Belə təşviqlər olanda hotellər mümkün qədər qiymətlərini endirirlər. Hotellər xərc hesablamalarını apararkən əmlak vergisini oraya daxil etməyəcəklər. Bu da turistlərə daha sərfəli qiymətlərlə istirahət etmək imkanı yaradacaq. Düşünürəm ki, bu güzəştlərdən sonra region hotellərinin qiymətlərindəki fərqi görə biləcəyik, az bir faizlə olsa da, ucuzlaşmanın şahidi olacağıq. Təbii ki, mövsüm vaxtı bazar iqtisadiyyatının şərtləri, tələb və təklifdən asılı olaraq qiymətlərin artımını hər il müşahidə edirik. Gələn il də bayram vaxtı, özəl günlərdə bunun olması qaçılmazdır. Amma güzəştlər ümumilikdə müəyyən qədər hotellərin qiymətlərinə öz müsbət təsirini göstərəcək". 
Vergilər azaldıldı, bəs qiymətlər? - Ə.Qurbanovun sözlərinə görə, hotellərin və istirahət mərkəzlərinin sayının artırılması üçün təşviq mexanizmi olmalıdır: "Turizmin inkişafı üçün bu tip təşviqlər vacibdir. Dünya təcrübəsində də dövlət tərəfindən torpaq sahələrinin verilməsi və orada hotellərin tikilməsinin təşviq edilməsi vacib amillərdəndir. Sahibkara dəstək olarsa, hotellərin sayı həm regionlarda, həm də paytaxtda daha da artar. Bu da rəqabət siyasəti ilə qiymətlərin daha da aşağı enməsinə, keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradar. Çünki nə qədər çox rəqabətli mühit olarsa, həm inkişaf olur, həm də qiymətlərdə tənzimlənmə daha effektiv müşahidə edilir". 
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə, bu güzəştlər daha çox iri müəssisələrin xeyrinə olacaq: "Bu, regionların inkişafına doğru yönəlmiş bir addımdır. Vergi güzəştləri daha çox dəyəri yüksək və daşınmaz əmlakı böyük olan müəssisələr üçün faydalı olacaq. Qərarda qeyd edilir ki, mehmanxana və sanatoriya-kurort müəssisələrinə şamil olur. Qanunvericiliyə əsasən də, hotel azı 11 otağı olan yerləşdirmə vasitəsi adlanır. Sanatoriya-kurortların isə əksəriyyəti iri müəssisələrdir. Bu qərar qiymətlərin azalmasına gətirib çıxara və yaxud müəssissə tərəfindən vəsaitlərin inkişafa, personalın təkmilləşməsinə, xidmətlərin keyfiyyətinin yüksəlməsinə və yeni müştəri bazasının əldə edilməsinə yönəldilə bilər. Düşünürəm ki, bu cür vergi güzəştləri davamlı xarakter daşısa, daha yaxşı olar". 
Vergilər azaldıldı, bəs qiymətlər? - S.Dübəndi qeyd edib ki, regionlarda hotelçiliyin inkişafına dəstək olmaq üçün müəyyən addımlar atıla bilər: "KOB-lar biznesin inkişafı istiqamətində ölkədə bir sıra faydalı proqramlar həyata keçirirlər. Buna baxmayaraq, kiçik hotelçiliyin, turizm biznesinin inkişafı üçün ixtisaslaşmış kreditlər tətbiq edilmir. İnkişaf üçün biznesin kreditləşməsi zəruridir. Digər tərəfdən, bir sıra sosial-iqtisadi alətlərdən istifadə edərək regional turizmi canlandırmaq perspektivlərini unutmamalıyıq. Misal üçün, yerləşdirmə vasitələrində təklif edilən üç gecəlik paketin bir gecəsini dövlət subsidiyası ilə ödəyərək regional səfərləri stimullaşdırmaq mümkündür. Ölkədə Həmkarlar İttifaqı sistemində bu və yaxud digər sahələrdə çalışan insanların asudə vaxtının, istirahətinin və müalicəsinin təşkilinin təmin edilməsi məqsədilə yalnız adı gedən qurumun tabeliyində olan yerləşdirmə, sanatoriya-kurort müəssisələrilə çalışdıqlarını görürük. Bu sistemi digər regional yerləşdirmə vasitələri üçün də tətbiq edib, sistemi genişləndirmək mümkündür".  / oxu.az

Turizm       Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən ən son xəbərlər havanın temperaturu xəbərlər