Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə vəfat etdi
44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.
Qazi Azad Məlikov iyunun 3-də Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
O, doğum gününə bir gün qalmış dünyasını dəyişib.
Bildirilib ki, A.Məlikovun halı qəfil pisləşib. Halının pisləşdiyini görən yaxınları onu xəstəxanaya çatdırıblar. O, xəstəxanada dünyasını dəyişib.
Vətən müharibəsi qazisi Azad Məlikovun yaxın qohumu Oxu.Az-a açıqlamasında daimi şəkildə müalicə aldığını deyib:
"Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə olsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.
Azad iyunun 3-də vəfat etdi. Evdə idi. Anidən halı pisləşdi. Təcili tibbi yardım çağırdıq. Qucağımda keçindi. Şokdayıq. İyunun 4-ü doğum günü olacaqdı. 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı idi. Subay idi. Çətindir, çox ağır dərddir". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir