Vətəndaşların pullarını mənimsəyən iki nəfər saxlanıldı - FOTO

Vətəndaşların pullarını mənimsəyən iki nəfər saxlanıldı - FOTOHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən iki nəfər şəxs, Zərdab rayon sakinləri Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.
Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər.
Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.
Araşdırmalar zamanı onların respublikanın doqquz bölgəsində analoji cinayət əməli törətdikləri və 20 zərərçəkmiş şəxsə ümumilikdə 19 200 manat maddi ziyan vurduqları müəyyən edilib. Faktlarla bağlı hər iki şəxs barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları Ə.Məmmədovun və E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

Hadisə       Tarix: 14 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun ən son xəbərlər bugün xeber.az bu gun son xeber 2026