Vətənə xidmət hər zaman şərəfdir

Vətənə xidmət hər zaman şərəfdirVətənə xidmət hər zaman şərəfdir
"Modern Group" tərkibinə daxil olan və tibb sahəsində mühüm işlər görən "Medicenter" MMC və Modern Hospital MMC olaraq, Sentyabrın 27-sindən başlayan Vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə "8 noyabr"ı tarixin səhifələrinə şanlı hərflərlə "Qələbə Günü" kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!
İkinci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər, həm vətəndaşlar, uşaqdan böyüyə hərkəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışıb. Bu sahədə "Medicenter" və "Modern Hospital" da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər. 
2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-ın Zimmer Biomet, Polşanın ChM firmalarının ölkəmizdəki rəsmi eksklyüziv təmsilçisi olan "Medicenter" müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, "İlizarov" aparatları və s.) tam təmənnasız olaraq ianə edib.
Vətən Müharibəsinin ilk günlərindən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədi ilə travmatoloji sərfiyyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində travmatoloji sərfiyyatlar istifadə edilib. "Medicenter"in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olub.
2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış "Modern Hospital" da müharibə dövründə fəal iştirak edib. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq, həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərib. Əlavə olaraq, yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olub. Həmçinin, müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri "Modern Hospital"a təxliyyə olunublar. İki ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə yerinə yetirilib. 
Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizim üçün ən böyük qürur mənbəyidir!
QARABAĞ AZƏRBAYCANDIR!!! /oxu.az

Sosial       Tarix: 22 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər ensonxeberler cəbhədən son xəbərlər 2026 valyuta