Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTOLARBugünlərdə İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu aşağıdakı şəxslər təmsil ediblər:
Şirkətlər Qrupunun Maliyyə Direktoru və İcra Komitəsinin üzvü Könül Kərimova;
Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev;
"OBA" Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov;
"Veysəloğlu" Distribusiyanın Maliyyə Direktoru Orxan Babayev.
Tədbir çərçivəsində Qrup nümayəndələri ADB-nin Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal və Ərzaq və Aqrobiznes İnvestisiya Komandasının rəhbəri Martin Lemoine ilə görüşlər keçiriblər. Görüşlərdə ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə modelləri, özəl sektor–dövlət tərəfdaşlığı çərçivəsində iqtisadiyyata dəstək və yeni əməkdaşlıq imkanları müzakirə olunub.
"Təcrübə paylaşımı, sabahın qurulması" mövzusuna həsr olunmuş builki toplantı ADB-yə üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə Asiya İnkişaf Bankı arasında 2024-cü ilin noyabr ayında 17 milyon Azərbaycan manatı məbləğində kredit və 850 min manat həcmində texniki yardım qrantını əhatə edən maliyyə paketi üzrə müqavilə imzalanıb. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və 750-dən çox kiçik fermerin iqlimə davamlı kənd təsərrüfatı təcrübələri ilə dəstəklənməsini hədəfləyir.
Veysəloğlu Şirkətlər Qrupu ərzaq təhlükəsizliyi, təchizat zəncirinin inkişafı və logistika sahəsində dayanıqlı inkişafı dəstəkləyən layihələrin həm təşəbbüskarı, həm də icraçısı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir.
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTOLARVeysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 20 may 2025
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər son xeberler azerbaycan enson xeberler cəbhədən video