"Vəziyyət həqiqətən ciddidir və virus düşündüklərindən də təhlükəlidir"

"Vəziyyət həqiqətən ciddidir və virus düşündüklərindən də təhlükəlidir"Azərbaycan xalqı çox istiqanlıdır. Xalqımız gəzməyi, qonaq getməyi, toplanmağı sevir. Lakin hazırda pandemiya ilə əlaqədar toplanmaq, qonaq getmək kimi bəzi vərdişlərimizi bir müddət tərgitməliyik. Çünki bu, bir tərəfdən karantin rejimin qaydalarına ziddir, digər yandan da virusa yoluxma hallarının artmasına səbəb olur. Məlum məsələdir ki, karantin rejimi yumşaldılandan sonra vətəndaşların məsuliyyətsizliyi nəticəsində yoluxma hallarında artım qeydə alındı. Bu da yoluxma hallarının daha çox qeydə alındığı bəzi ərazilərdə sərt karantin rejiminin yenidən tətbiqini zəruri etdi. Vətəndaşlar anlamalıdılar ki, hazırda sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etmək, məsafə saxlamaq, təcrid olunmaq, maska taxmaq virusa yoluxmanın qarşısını alan əsas şərtlərdəndir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-oftalmocərrah Elnarə Cəlilova deyib.
Onun sözlərinə görə, sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir: "Xəstəliyin yüksək virulentliyini nəzərə alsaq, sərt karantin rejimi nəticəsində xəstələnənlərin sayının azalması gözlənilir. Vətəndaşlar tək özlərini deyil, yaxınlarını, ətrafdakıları da düşünməlidirlər. Hər bir vətəndaş özünün və digərlərinin sağlamlığına ziyan vurmamaq üçün qaydalara riayət etməlidir. Vacib olmadıqca yaşayış yerini tərk etməməli, insanların sıx toplaşdığı ərazilərdə maska taxmalı, sosial məsafəni qorumalıdır. Əhali arasında bir qrup insan var ki, onlar öz məsuliyyətsizlikləri ilə digər vətəndaşları da uçuruma aparırlar. Ona görə də burada maarifləndirmə tədbirlərinin və xəstəliyin təhlükəlilik dərəcəsinin düzgün çatdırılmasının rolu böyükdür. Onu da bildirmək istəyirəm ki, koronavirusun varlığına inanmayan vətəndaşların sayı getdikcə azalır. Çünki ya onların özləri, ya da yaxınları virusa yoluxur, ondan sonra yanıldıqlarını başa düşürlər".
Həkim-oftalmocərrah bildirib ki, ekspertlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar ya maska istifadə etmirlər, ya da maskanı düzgün taxmırlar: "İnsanların sıx olduğu yerlərdə - ictimai nəqliyyatda, iş yerlərində, marketlərdə maska taxmaq və ondan düzgün istifadə etmək, yəni maska ilə ağız, burun boşluğunu bağlamaq vacibdir. Çünki xəstəliyi simptomsuz keçirən insanlar da var. Kimsə ətrafındakı insanların xəstə olub-olmadığını bilmir. Əgər kimsə özü yoluxubsa, başqalarını yoluxdurmamaq, sağlamdırsa, başqalarından virusa yoluxmamaq üçün mütləq maska istifadə etməlidir.
COVID-19-la mübarizəyə cəlb olunan bir həkim olaraq vətəndaşlara bildirmək istəyirəm ki, virusun varlığını inkar edənlərə inanmasın, qaydalara etinasız yanaşmasınlar. Çünki vəziyyət həqiqətən ciddidir və virus düşündüklərindən də təhlükəlidir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri