Viktor Yuşenko Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib - FOTO
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
azxeber.com xəbər verir ki, bu barədə Viktor Yuşenko "Facebook" sosial şəbəkə hesabında bu yaxınlarda Bakıya etdiyi səfərə dair paylaşımında bildirib.
"Prezident İlham Əliyevlə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üzrə birgə iş birləşdirir. Dostluğumuza dəyər verirəm və əminəm ki: Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da birgə işlərdə öz əksini tapacaq", - deyə o vurğulayıb.
Viktor Yuşenko qeyd edib ki, onun Azərbaycan xalqı ilə dostluq dövrü 1989-cu ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb.
Keçmiş dövlət başçısı əlavə edib ki, bu işin mühüm nəticəsi iki ölkə arasında strateji tərəfdaşlığın rəsmən təsbit edilməsi olub. O xatırladıb ki, 2008-ci il mayın 22-də İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Bakı ilə Kiyev arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
"Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyən etdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu. Hazırkı görüşdə biz ölkələrimizin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlanması üzərində işi davam etdirəcəyi konkret layihələr haqqında danışdıq", - deyə Yuşenko yazıb.



Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun