Vilayət Eyvazov: 'Azad olunan ərazilərdə təhlükəsizlik və asayiş qətiyyətlə qorunur

Vilayət Eyvazov: 'Azad olunan ərazilərdə təhlükəsizlik və asayiş qətiyyətlə qorunur"İnsanların dinc əməyinin keşiyində həmişə ayıq-sayıq dayanan Daxili Qoşunlar və Azərbaycan polisi həyatın yenidən qayıtdığı ərazilərdə təhlükəsizliyi və asayişi qətiyyətlə qoruyur, xidməti vəzifələrini əzmlə yerinə yetirirlər".
azxeber.com xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarına ünvanladığı təbrikdə yer alıb.
O xatırladıb ki, indi Qarabağın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:
"Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır. Əminəm ki, öz andına daim sadiq olan şəxsi heyətimiz xalqın və Ali Baş Komandanın etimadını bundan sonra da layiqincə doğruldacaqdır".
V.Eyvazov vurğulayıb ki, DİN-in hərbi qulluqçuları Murov zirvəsinə, Cəbrayıl, Hadrut, Füzuli və Şuşaya "Zəfər yürüşü"nün ön sıralarında olublar:
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tərkibində Daxili Qoşunların da olduğu rəşadətli ordumuz üç il öncə Qarabağın işğalına son qoyaraq şanlı tarix yazdı. Vətən torpaqlarını canı-qanı bahasına azad edən və 44 gün ərzində yalnız irəliləyən əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz, xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xalqımızın çoxəsrlik tarixində müstəsna yeri olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə sizi, hörmətli veteranlarımızı, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban vermiş hərbçilərimizin və polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, ən xoş diləklərimizi çatdırıram".
Nazir həmçini qeyd edib ki, Silahlı Qüvvələrimiz, o cümlədən Daxili Qoşunların şəxsi heyəti öz peşəkarlığını, döyüş hazırlığını Böyük Zəfərin davamı olan antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi:
"Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə ucaldılan Dövlət Bayrağımız xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu".

Sosial       Tarix: 08 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler apa.az xeberler son xeberler 2026 bu gunun xeberleri