Viruslardan necə qorunmalı? - Araşdırma

Viruslardan necə qorunmalı? - AraşdırmaZoğallı çay, antibiotik, peyvənd və başqa vasitələr təklif edənlər var
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Öskürək, qızdırma, baş ağrısı, halsızlıq... Qış aylarının başlaması ilə xəstəliklər də tüğyan edir. Xüsusilə, uşaqlarda 39 dərəcə qızdırma ilə müşahidə olunan xəstəlik bəzən ölümlə də nəticələnə bilir. Göründüyü kimi, bu virus heç də ev şəraitində yalnız zoğallı çayla müalicə olunan xəstəliyə bənzəmir. Kimiləri xəstəliyi qrip, kimiləri adi soyuqlama kimi qiymətləndirir. Bəs insanları təşvişə salan, uşaqların əksəriyyətinin yoluxduğu bu xəstəlik nədir?
Valideyn Əfsanə İbrahimovanın 4 yaşlı oğlu da virusa yoluxub. 3 gün ev şəraitində nə qədər cəhd etsə də uşağının qızdırması 39 dərəcədən düşməyib və xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıb: "Oğluma pnevmoniya diaqnozu qoydular. Vəziyyəti çox ağır idi. Uşaq nəfəs ala bilmirdi. Hətta  oğlumun getdiyi bağçada 20 uşaqdan yalnız 5-i gəlir. Uşaqların əksəriyyəti virusa yoluxub".
Qrip hər il 250-500 min can alır
Həkimlər isə bizim adi xəstəlik kimi baxdığımız və ev şəraitində müalicə etməyə çalışdığımız qripin ölümcül olduğunu deyirlər. Qrip, ya da tibbi adıyla influenza hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500 min insanın isə ölümünə səbəb olur. Bu, influenza virusunun törətdiyi infeksion xəstəlikdir. Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu, asanlıqla dəyişə bilir. Bu da virusun immun sistemimizdən qaçmağına səbəb olur. Kiçik struktur dəyişiklikləri, bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildə bir ortaya çıxan böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, bütün dünyanı əhatə edən böyük viruslara yol açar. Tarixdəki ən böyük qrip viruslarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan 1918 İspaniya Gripidir. 2009 ilində Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H 1 N 1 pndm (Donuz Qripi) virusu səbəb olub. Son vaxtlar Azərbaycanda yayılan virusun donuz qripi olması da ilə bağlı iddialar var"
"Qonşu ölkələrdə varsa, ehtimal ki, bizdə də var"
Respublikanın baş infeksionisti Cəlal İsayev hazırda yayılan virusun qrip adlandırılmasını doğru hesab etmir.  Lakin donuz və quş qripinin də yayılmasının gözlənilən olduğunu deyir: "Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada "donuz qripi", yaxud "quş qripi"nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır".
Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Nigar Mirzəyeva deyir ki, qrip-influenza yoluxucu viral infeksiyadır. Virus anidən başlayan 39 dərəcəni keçən qızdırma, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, iştahasızlıq, titrəmə, baş ağrısı, öskürək kimi əlamətlərlə müşahidə olunur:  "Hava-damcı yolu ilə ötürülən virus, qrip müayinəsi gecikdirildiyində ağciyərdə-pnevmoniya, bronxiolit və qulaqlarda-otit kimi qripin ən çox görülən fəsadlarını yarada bilər. Son zamanlar daha ağır müşahidə olunan qriplərə yoluxan uşaqlar yüksək və uzun müddət davam edən qızdırma, şiddətli öskürək, burun axıntısı, halsızlıq, iştahasızlıq şikayəti ilə klinikaya müraciət edirlər. Ən çox risk qrupu isə ilk 3 aylıq uşaqlardır".
"Qripdən qorunmağın ən təsirli yolu peyvənddir"
Həkim deyir ki, qrip bəsit görünən xəstəlik olsa da, bəzən həyati risk daşıya bilir və müalicəsi olmur: "Uşaqlarınızın qripin fəsadlarından qorumağın ən önəmli və vacib yollarından biri vaxtlı-vaxtında bütün peyvəndlərini tamamlamaq və əlavə qrip peyvəndinin vurulmasıdır. Peyvəndsiz uşaqlar hər zaman istər qripin fəsadları, istərsə də digər müalicəsi olmayan ağır xəstəliklərə yoluxmaq riski daşıyırlar. Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi, xüsusilə də, risk altında olan insanlar peyvənddən istifadə məsləhətdir. Eyni zamanda, bu şəxslərə,  qripin ən ciddi ağırlaşması sayılan və ölümün səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.
Qrip peyvəndi nə vaxt vurulmalıdır?
Qrip hər il adətən oktyabr ayından başlayır, dekabrda artır və aprel-may aylarında müşahidə edilir. Bu səbəblə qrip peyvəndi oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər bu qabaqlayıcı tədbiri edə bilərlər".
Həkim deyir ki, valideynlərin ən böyük səhvi xəstə uşağı bağçaya, məktəbə göndərmələridir: "Xəstə uşaqlar bağçaya, məktəbə getməməlidirlər. Bu zaman həm uşaq özü gec sağalacaq, həm də ağırlaşmalar qaçılmaz olacaq. Yəni, soyuqdəymə xəstəlikləri ağırlaşanda təhlükəli olur. Əgər ev şəraitində göstərilənlərə əməl edilsə, virus 3-5 gün yaşayıb çıxıb gedəcək. Ağırlaşma olanda isə vəziyyət ciddiləşir. Ona görə də kollektivinə gedən uşaq gec sağalır. Bununla yanaşı, kollektivdəki sağlam uşaqları xəstələndirir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər xəstə insan kifayət edir. Xəstəliyin kütləviləşməməsi üçün xəstələnənlərin müalicə olunmaları vacibdir".
"Antibiotik qızdırma və öskürək dərmanı deyil"
Pediatr Vaqif Qarayev deyir ki, yüksək qızdırma ilə müşaiyət olunan indiki xəstəliklər dərmana çətin tabe olur. Həkimin sözlərinə görə, südəmər uşaqlar vəziyyətindən asılı olmayaraq mütləq həkim nəzarətində olmalıdır: "Digər yaş qruplarından olan uşaqlarda təngnəfəslik,  boğulma müşahidə edilərsə, təcili həkimə müraciət etmək lazımdır.  Həkimə qədər qızdırmasalıcıların terapevtik dozasını vermək olar. Qızdırmanı normaya salmağa cəhd etməsinlər. Eyni tərkibli dərmandan (sirop və şam) ard-arda istifadə etmək düzgün deyil".
Pediatr uşaq xəstələnən kimi həkim məsləhəti olmadan antibiotiklərə müraciət edən valideynlərə də səsləndi: "İynə də vurdurdum, amma vəziyyəti daha da pisləşdi. Son günlər valideynlərdən bu sözləri tez-tez eşidirik. İynə deyəndə antibiotiki nəzərdə tuturlar. Məni ən çox narahat edən valideynlərin həkimə müraciət etməməsidir. Aptekə müraciət etməklə kifayətlənirlər. Valideynin uşağının qızdırması var, aptekdəki satıcı da 2-3 dənə antibiotik verir. Bununla da vəziyyət daha da kəskinləşir. Çünki antibiotik qızdırmasalan deyil. Bunu gərək hamımız bilək. Xəstəlik törədicilərinin adları var. Virus ayrı, mikrob ayrı, parazit ayrı, bakteriya ayrıdır. Yəni, antibiotiklər viruslara təsir etmir. Əksinə, vəziyyəti daha da gərginləşdirir. Valideynlər şikayət edirlər ki, o gün gedib aptekdən filan dərman aldım, vəziyyət daha da pisləşdi. Xüsusən südəmər uşaqlara hər dərmanı qvermək olmaz. Antibiotiki ancaq və ancaq həkim təyin edə bilər. Bunu gərək bizim valideynlər bilsin və anlasın. Antibiotikin təyinatı ancaq həkimin səlahiyyətindədir. Son vaxtlar yayılan xəstəliklər ağırlaşma verməyibsə, antibiotikdən istifadə faydasızdır, zərərlidir! Antibiotik qızdırma və öskürək dərmanı deyil".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler