Visa və Mastercard kartları dövriyyədən çıxır - Çin vətəndaşlarının sifarişləri artır
Rusiyada xarici ödəniş sistemlərinin kartları tədricən dövriyyədən çıxacaq.
KONKRET.az xəbər verir ki, bu barədə rəhbəri Dmitri Dubin açıqlama ilə çıxış edib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən ekspert bildirib ki, xarici ödəniş sistemlərinin bazardan getməsi fintech sənayesinin inkişafına təsir edib. Bununla belə, bu, yerli analoqların, xüsusən də Mir sisteminin inkişafına müsbət təsir göstərib. Gələcəkdə Rusiya sistemi inkişaf etməyə davam edəcək.
"Biz nağdsız formatda həyata keçirilən ödənişlərin həcmini inkişaf etdirməliyik. Aydındır ki, biz həm köçürmələr, həm də ödənişlər baxımından sürətli ödənişlər sisteminin inkişafında artımı görürük. Çünki texnologiya həm təşkilatlar, həm də vətəndaşlar tərəfindən getdikcə daha çox sınaqdan keçirilir", – Dubinin əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Rusiyada "Mir" ödəniş sistemindən olan kartlara tələbat artıb. Ən çox bu kartları sifariş edənlər Çin vətəndaşları olur. Müraciətlərin pik nöqtəsi fevralda olub. Mərkəzi Bank tələbin artımını "Mir" kartlarının əcnəbilərə sadələşdirilmiş emissiyası haqqında qanunun 2023-cü ilin payızında qüvvəyə minməsi ilə əlaqələndirir. İmtiyazlı ölkələr siyahısına 25 dövlət daxildir.
Xatırladaq ki, ABŞ fevralın 23-də Mir kart operatoruna qarşı sanksiyalar tətbiq edib. Martın 30-dan Ermənistanda bu kartlar kütləvi şəkildə fəaliyyətini dayandırıb. Ermənistanın bank sektorundakı yüksək vəzifəli mənbənin sözlərinə görə, bu qərar ikinci dərəcəli sanksiyalara düşmək təhlükəsi ilə əlaqədar qəbul edilib. Qırğızıstan da xarici təzyiqlərə görə Rusiya ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandıracağını açıqlayıb.
Natiq Səlim,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir