Vitali Arkov: "Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə həddini aşıb" - MÜSAHİBƏ

Vitali Arkov: "Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə həddini aşıb" - MÜSAHİBƏVitali Arkov: "Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə həddini aşıb" - MÜSAHİBƏ
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-də Federasiya Şurasının üzvləri ilə görüş keçirməyi planlaşdırır. Bu fonda Rusiya Xarici İşlər naziri Serqey Lavrovun və diplomatik idarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanın istefasının gözlənildiyi barədə məlumatlar ortaya çıxıb. Üstəlik, Rusiyanın "Sobesednik" nəşrinə görə, S.Lavrov və M.Zaxarova XİN-dən ayrılsalar da, böyük siyasəti tərk etmirlər.
"Sobesednik" məlumatlı olan telegram kanallarına istinad edərək bildirib ki, bu ilin sonunadək Rusiya Parlamentinin Yuxarı Palatasının tərkibinə ömürlük senatorlar qatılacaq, onların sırasında Rusiya Xarici İşlər Nazirliyinin hazırkı başçısı S.Lavrov da var.
Media.Az "PolitRus" informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkovun bununla bağlı münasibətini öyrənib.
Həmsöhbətimiz şayiələrə münasibət bildirməyə hazır olmadığını qeyd edib.
"Bununla birlikdə deyə bilərəm ki, S.Lavrov Rusiya diplomatiyası tarixində bir eradır. Hər halda, başa düşdüyümüz kimi Rusiyada kadr qərarları bir nəfər - Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilir".
"S.Lavrovun yaşlı insan olduğu aydındır. O yorulub. Ancaq bu, Vladimir Putinin qərarı olacaq. Ya da S.Lavrovla ortaq bir qərar veriləcək. Və bu, əlbəttə ki, bir cəza olmayacaq", - deyə Vitali Arkov vurğulayıb.
- Ancaq, ehtimal ki, Rusiya Xarici İşlər Nazirliyində bəzi kadr dəyişikliyinin vaxtı çatıb?
- Əlbəttə. Ancaq S.Lavrov işinə davam etsə sevinərəm. Məncə, o, Rusiyanın yeni tarixində ən güclü Xarici İşlər naziridir. Onu 30 ilə yaxın SSRİ Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş "Cənab Yox" Andrey Qromıko ilə müqayisə etmək olar.
- S.Lavrovun Qarabağ nizamlanmasına dair "Madrid prinsipləri"nə, yəni İrəvanda fəal şəkildə inkar edilən mərhələli plana əsaslanan sənədin olduğunu elan etməsi fonunda tezliklə istefa edəcəyinə dair sızmalar, şayiələr (nə adlandırmaq istəsəniz) elan etməsi bəlkə təsadüf deyil? O, daha açıq danışıb?
- Biz ki, S.Lavrovun yalnız öz fikrini deyil, həm də Rusiya prezidentinin mövqeyini yayımladığını anlayırıq. Bu, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin şəxsi baxışı deyil, bütün bəyanatlar razılaşdırılıb. Bunlar S.Lavrovun "səmimiyyəti" deyil, Rusiyanın mövqeyidir. Ermənistanın hazırkı rəhbərliyi isə ifrat dərəcədə həddini aşıb.
- Nəzəri olaraq S.Lavrovun Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən getməsi Qarabağ nizamlanmasına necə təsir edəcək? Bu daha çox müsbətdir, ya mənfidir?
- Sualı belə qoymazdım. Rusiya Xarici İşlər Nazirliyinin başçısı vəzifəsini kimin tutmasından və S.Lavrovun onu nə zaman tərk etməsindən asılı olmayaraq, Qarabağ məsələsində Rusiyanın mövqeyi dəyişməz qalacaq...
- ...Yəni mərhələli planın həyata keçirilməsi?
- Bəli. Rusiya hər zaman Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl və Baş nazir olduqdan sonrakı ilk aylarda bu planın həyata keçiriləcəyinə dair müəyyən ümidlər var idi. Ancaq sonra olanlar oldu: Ermənistan rəhbərliyi yalanlara və hətta Azərbaycana təcavüzə əsaslanan yeni bir siyasət yürütməyə başladı.
- Bəs onda münaqişənin "Madrid prinsipləri" əsasında həll edilməsi mümkündür, yoxsa yox?
- Düşünürəm ki, Ermənistanın rəhbərliyi dəyişdirilənə qədər mümkün olmayacaq. Anladığım qədər hazırkı İrəvan hakimiyyəti ilə dialoq aparmaq çox çətindir və Bakıda da bunu bilirlər. /oxu.az

Siyasi       Tarix: 21 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun