"Vitka" ləqəbli narkobaron saxlanıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, "Vitka" ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib